Azərbaycan millisi Maltaya qarşı 2 xal itirdi, yoxsa 1 xal qazandı? Sualın cavabını müasir dövrdə "cırtdan" ölkələrin də futbolu öyrənməsi" fonunda axtarsaq, onda nə itkini, nə də qazancı çox şişirtmək əhəmiyyət daşıyır. İnkişafın çevrəsi və sürəti artıbsa, o zaman müasir tələblərə uyğunlaşmağın yollarını mənimsəmək, səhih tətbiq etmək lazımdır. Son oyun və digər məsələlər ətrafında Ağasəlim Mircavadovla söhbətləşdik.
- Malta ilə oyuna baxdınız?
- Baxmışam. Bizim komanda heç-heçəyə layiq deyildi. İki oyuna bəs eləyəcək qədər qol vəziyyəti yaradan komandaya "pis oynadı" demək olmaz. Mən bizimkilərin həddən artıq canfəşanlıq elədiyinə, rəqibinsə xal qazanmaq üçün alışıb-yandığına görə vəziyyətin belə olduğunu düşünürəm.
- Taktiki yanaşma və start heyəti barədə təəssüratınızı bilmək istərdik.
- Heç vaxt məşqçinin taktikasına qarışmıram, fikir bildirmək də istəmirəm.
- Ancaq bu sualı məhz sizə verməyimiz təsadüf deyil. Ona görə ki, siz aidiyyatı komitədə təmsil olunursuz, bundan başqa, yerli məşqçilər arasında ən təcrübəli - ağsaqqal sayılırsız. Odur ki, istənilən çalışdırıcının səhvləri və doğrularını açıq demək ixtiyarınız var. Bu, həm də vacibdir. İctimai fikrin doğru yönəlməsi, peşəkar fikriylə tanış olmaları üçün.
- Əvvəlcə bir fikri qəbul etməliyik ki, Qurban Qurbanov özünü məşqçi kimi sübuta yetirmiş adamdı. Onun müasir futboldan bilgiləri hamımızdan çoxdur. Mən onun yanaşmasını, işini çox bəyənirəm. Malta qarşılaşmasına taktiki cəhətdən yanaşmasına gəlincə, start heyət də, taktiki düzülüş də məntiqli idi. Sadəcə, uşaqlar hələ komanda ola bilməyiblər. Budur problem. Bəzisinin hazırlığı istənilən səviyyədə deyil, bəzisi yeni sistemdə özünü hələ tam rahat hiss etmir. Ona görə də əlimizə düşən şansları dəyərləndirməkdə çətinlik çəkdik. Son oyunlar göstərir ki, millidə yeni dəst-xətt formalaşmaqdadı və belə getsə, nəticələr də yaxşılaşacaq.
- İctimaiyyətdə aqressiya var.
- Başa düşürəm. İnsanlar baxır ki, Farer adaları, Malta - bu ölkələr futbolda bizdən güclü deyillər. Ancaq elə deyil. Kiçik ölkələr son illər əməlli-başlı inkişaf ediblər. İndi 5 il əvvəlki Malta deyil, çox artırıblar. Bunu nəzərə almaq lazımdır. Bizdə də inkişaf gedib. Ancaq klub səviyyəsində nəticələrin milli səviyyəsində də tələb edilməsi doğru deyil. Milli komanda hansısa klub deyil ki, istədiyin mövqeyə istədiyin oyunçunu götürəsən.
- Mahir Mədətov...
- Bilirəm nəyi soruşacaqsınız. Mahir çox perspektivli, istedadlı oyunçudur. İnsanlar çox dərinə getməməlidir. Bu oyunçuların psixoloji hazırlığını təmin eləmək lazımdır, yaxşı olacaq. Mahir son oyunda xeyli çalışdı. Qol ötürməsi vermək elə-belə bir şey deyil. Rəqib müdafiədə sıx oynadığı üçün Mahirə çətinlik oldu. Fikir verdinizsə, nə ki Mahir, Farerdə daha yaxşı çıxış eləyən Nazarov da, Rüfət də o qədər fəal ola bilmədilər. Rəqib sıx oynayırdı.
- Millinin nəticələrinin yaxşılaşması üçün ən vacib nəyə əməl edilməlidir?
- Zamana. Ən əvvəl zamana buraxmaq, diqqətlə izləmək lazımdır. Klublarla sıx iş qurulmalıdır. Milli üçün perspektivi olan oyunçulara həmişə şans verilməlidir. Paralel olaraq aşağı yaş qruplarında çatışmazlıqlar aradan qaldırılmalıdır. Ən əsas işi aşağı yaşlılarla görmək lazımdır.
- Və aşağı yaş liqalarında durum ağırdı...
- Bunun çarəsini tapmaq gərəkdir. Futbolda maliyyə problemi yoxdur. İstənilən işi görməkçün istənilən pul ayrılır, dövlətin qayğısı yüksək səviyyədədir. Qalır işi düzgün qurmaq.
- Düzgün qurulmursa?
- Bilirsiz, indi elə zamandır ki, yaxşı nəticələrçün hamı birləşməlidir.
- Birləşmirsə?
- Onda futbolun düşmənidir elələri. Dövlətin ayırdığı şəraitə xəyanət edənlərdi.
- İslahat prosesi varmı?
- Var. Məşqçilər vahid sistemdə çalışır. Məncə, Qurbangil neylədiyini yaxşı bilirlər. Sadəcə, onlara vaxt verilməlidir.
- AFFA 6 illik müqavilə bağlayıb. Bu da vaxt.
- Mən insanları, cəmiyyəti nəzərdə tuturam.
- Ağasəlim müəllim, bu gedişatla fərqli nəsə görəcəyikmi?
- Mən inanıram. Əvvəldə də dedim, belə davam eləsə, yaxşı olacaq.
Elçin CƏLİLOV
Futbolpress.az
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı