“Özünüz də oyunun bizim üçün nə qədər çətin keçdiyinin şahidi oldunuz. Meydançanın süni örtüklü olması oyunumuza təsir edirdi. Amma əvvəlcədən də hansı meydançada oynayacağımızı və bizi nələrin gözlədiyini bilirdik. Toparlanmağı bacardıq və baş məşqçimizin dediyi kimi kənarda səbəb axtarmamalıydıq. Döyüşməli və vətənə qələbəylə dönməli idik. Yenə də təkrarlayıram, oyun çox ağır keçdi. Şükürlər olsun ki, qələbə qazanmağı bacardıq.
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Mahir Mədətov UEFA Millətlər Liqasının 3 turunun Farer adaları ilə oyunundan (3:0) sonra deyib. Qələbəni şərh edən hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunun gedişatında qaşın partladı. Həmin epizodu necə xatırlayırsan?
- (gülür) Baş-başa toqquşduq, qaşım partladı. Ciddi bir şey yoxdur, həkim iki tikiş qoydu, oyunu davam etdirdim. Hər şey qaydasındadır.
- Farer adalarınadək 14 saatlıq uçuş daha çox çətinlik yaratdı, yoxsa meydançanın süni olması?
- Farer adalarına gəldikdən sonra Qurban Qurbanov dincəlmək üçün bizə yetərincə vaxt verdi. Həmçinin oyunöncəsi məşqi gündüz saatlarına saldı ki, əlavə dincəlmək üçün də vaxtımız qalsın. Süni örtüklü meydança isə bizə həqiqətən çətinlik yaradırdı. Üstəlik, oyunun başlamasına az vaxt qalmış topları da dəyişdirdilər. Biz başqa toplarla hazırlaşmışdıq, lakin hava şəraitinə görə qırmızı toplar verdilər. Sizə nə deyim, hər şeyi özünüz gördünüz.
- Uzun yol qət etdiniz və Farer adaları ilə gərgin oyun keçirdiniz. Qalan günlər ərzində Malta ilə görüş üçün bərpa ola biləcəksiniz?
- Çalışacağıq ki, bərpa ola bilək. Maksimum dərəcədə yaxşı dincəlməliyik. Çətinliklərin hamısını unudub Maltayla matçda da azarkeşlərimizi sevindirməliyik.
- 3 turdan sonra qrup birinciliyi uğrunda mübarizənin Kosovo və Azərbaycan arasında gedəcəyini söyləyə bilərik?
- Baş məşqçimiz bizə həmişə öyrədir ki, qarşıdakı hədəfə çatmaq barədə düşünmək lazımdır. Başqa sözlə, indi yalnız Maltayla Bakıdakı qarşılaşma barədə düşünməliyik.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı