"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq matç haqda fikirlərini bildirib:
- Düşünürəm ki, “Qarabağ” rəqibindən çəkinmirdi. Futbol oynamağa çalışırdıq. Özünüz də şahid oldunuz. “Arsenal” kimi rəqibə qarşı oynamaq hər komandanın işi deyil. Belə oyunda qol şansları yaratmaq bizim üçün müsbət məqamdır. “Arsenal”dan çəkinmədik, sadəcə, alınmadı. Dərk edirik ki, “Arsena" bizimlə müqayisədə tam fərqli səviyyədədir. Uduzmuşuq, amma nəticə önəmli deyil. “Arsenal” kimi komanda Bakıya gəldi, onları bura biz gətirmişik. Azarkeşlər belə nəhəng komandanı gördülər, maraqlı oyun izlədilər.
- Erkən qol nəticəyə təsir etdi?
- Bir az da kuryoz qol oldu. Diqqətsizlik səbəbindən qapımızda qol gördük. Futbolda hər şey baş verə bilər. Çalışdıq ki, oyuna nəzarət edib, epizodlar yaradıb qollar vuraq.
- İlk hissədə Aleks İvobini saxlamaqda çətinlik çəkirdin. Sonradan sanki ikinci hissədə bu çətinlik aradan qalxdı...
- Deməzdim ki çətinlik çəkirdim. Sadəcə, fərdi ustalığına görə güclü oyunçudur. Həm də çalışırdım ki, oyun ərzində hücumameylli olum, irəliyə gedib orada da güc sərf edim. Bu isə bir qədər çətin idi.
- Azarkeşlər Məsut Özil meydana daxil olanda onu alqışladılar, amma Mahir Mədətov oyunu tərk ediləndə fitə basıldı. Buna münasibətin necədir?
- Mahir gənc və potensiallı oyunçudur. Azarkeşlərin onu fitə basması yaxşı hal deyil. Mədətova indidən belə təzyiq etsələr, gələcəkdə potensialını ortaya qoya bilməyəcək. 21 yaşında "Arsenal" kimi böyük kluba qarşı oyunda iştirak edirsə, onda həyəcan ola bilər. Çünki bizim kimi təcrübəli oyunçularda belə, həyəcan olur. Məsut dünya səviyyəli oyunçudur, həm də bir tərəfi türkdür. Ona görə də azarkeşlərin onu alqışlaması normal haldır.
- Rəqiblə forma dəyişdin?
- Formamı azarkeşlərimizdən birinə verdim. Heç kimdən də forma götürmədim. Azarkeşlərimizə təşəkkür etmək üçün futbolçularla birgə tribunalara doğru getdik. Mən forma dəyişdirmirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı