"Qəbələ"nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunun "Keşlə" ilə oyunu zamanı yerli azarkeşlərlə arasında yaşanmış qalmaqala aydınlıq gətirən yarımmüdafiəçi digər maraqlı məqamlara da toxunub.
- Son turda doğma meydanda "Keşlə"ni məğlub edə bilmədiniz və vəziyyətiniz bir qədər də qəlizləşdi. Sizcə, 3 xal qazanmağınıza nə mane oldu?
- "Keşlə" ilə oyunda çox istəkli idik. İndiki vəziyyətdə qələbə bizə çox vacib idi. Turnir cədvəlinə baxanda da bunu açıq-aşkar görmək olar. Amma istədiyimiz alınmadı və vacib xallar itirdik.
- Oyundan sonra görüşün baş hakimi Rəvan Həmzəzadənin idarəçiliyi ilə bağlı "Qəbələ" cəbhəsindən bəzi narazılıqlar oldu. Siz bu barədə hansı fikirdəsiniz?
- Həqiqətən də hakim qələbə qazanmağımıza mane oldu. Çünki bir epizodda rəqibin qapısına penalti təyin etməli olduğu halda 11 metrliq nöqtəni göstərmədi. Halbuki yüzfaizlik penalti idi. Düzdür, vəziyyəti o yerə gətirib çıxarmamalıydıq. Ancaq hakim qayda pozuntusunu qeydə alsaydı, meydandan 3 xalla ayrıla bilərdik.
- Oyunun gedişində yerli azarkeşlərdən biri ilə aranızda qalmaqal yaşanıb. Hətta mətbuatda bir-birinizi təhqir etdiyiniz yazılıb. Orada nə baş vermişdi?
- Bilirsiniz necədir, təhqiri qəbul etmək olmur. Bunu azarkeşlər də başa düşməlidirlər. İnanın ki, qələbəni hamıdan çox biz futbolçular istəyirik. Çünki bu, həm maddi, həm də psixoloji baxımdan bizə vacibdir. Ancaq nə qədər istəsək də, hələlik alınmır. Tənqid olar, buna normal yanaşırıq. Amma təhqir yolverilməzdir.
- Avropa futbolunda da bu cür hallar olur. Ancaq orada azarkeşlər təhqir işlətsələr də, futbolçular buna əhəmiyyət vermirlər və başlarını aşağı salıb, öz oyunlarını oynayırlar...
- Birincisi, Avropada mentalitet başqadır. Biz sözdə Avropaya çatmışıq. Əslində isə çox geri qalmışıq. İkincisi, orada stadionlara o qədər azarkeş toplaşır ki, heç hakimin fitini eşitmək olmur. Bizdə isə azarkeş az, tribunalar isə meydançaya yaxındır. İstər-istəməz nəsə olanda eşidilir. Adamın gözünün içinə baxıb söyüş söyürlər. Bizim mentalitetimiz isə buna imkan vermir. Ona görə də qəbul edə bilmirik.
- Ardıcıl uğursuz nəticələrdən sonra "Qəbələ" hazırda 5 xalla 6-cı sırada qərarlaşıb. Problem nədədir?
- Mən komandanın içindəyəm. Tez-tez oturub danışırıq ki, niyə belə oldu. Deyim ki, məşqlərimiz pisdir, elə deyil. Hər şey qaydasındadır. Yəni bizə mane olan bir şey yoxdur. Sadəcə, qara zolağa düşmüşük, çıxa bilmirik. Bəlkə də bir qalibiyyət hər şeyi düzəldəcək. Ona görə də qələbəyə çox ehtiyacımız var.
- Söz-söhbət gəzir ki, klubda maaşlar gecikir. Uğursuzluğun bir səbəbi kimi də bu göstərilir. Həqiqətən belə bir şey var?
- 16 yaşımdan peşəkar futboldayam. Çıxış etdiyim bütün klublarda maaş gecikməsi olub. Bu, normal bir şeydir. Guya oyundan əvvəl pul alsaydıq, çıxıb meydanı dağıdacaqdıq?! O qədər olub ki, matçdan öncə mükafat veriblər, meydana çıxıb həmin oyunu uduzmuşuq. Maaş gecikməsi komandanın çıxışına təsir edə bilməz.
- Növbəti turda səfərdə "Zirə"nin qonağı olacaqsınız. Bu oyun haqda nə deyə bilərsiniz?
- "Zirə", "Qəbələ" və "Keşlə" hazırda qələbəyə ən çox ehtiyacı olan klublardır. Növbəti oyun hər iki komanda üçün olduqca vacib olacaq. Kim daha çox mübarizə aparacaq, kim daha çox can yandıracaqsa, o da qalib gələcək.
Elnur SALAHOV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı