"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, "Səbail”lə oyunda dubla imza atmaqla bu mövsüm vurduğu qolların sayını 4-ə çatdıran fransalı futbolçu geridə qalan oyun və komandadakı vəziyyəti haqqında fikirlərini bölüşüb.
- Bir oyunda iki qol. Bu mövsüm hələ ki dubla imza atmamışdız...
- Bəli, çox şadam ki iki qol vura bildim. Komanda yoldaşlarıma və azarkeşlərimizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu qələbələrin və qolların davamı gələcək.
- Hesaba baxanda belə bir fikir formalaşa bilər ki, olduqca asan bir matç oldu...
- Deməzdim. Biz sadəcə əlimizə düşən fürsətlərdən yaxşı yararlana bildik. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq.
- 6 oyunda 4 qol sizin üçün yaxşı nəticədir?
- Təbii ki. Belə bir nəticə necə pis sayıla bilər?! Gələn oyunlarda bu göstəricini daha da yaxşılaşdırmağa çalışacam.
- Artıq "Neftçi”nin heyətində çempionatda 6 oyuna çıxmısan. Komandada özünü necə hiss edirsən?
- "Neftçi”də çox xoşbəxtəm. Komanda yoldaşlarımla, məşqçi heyətiylə, rəhbərliklə əla münasibətlərim var. Hamımız bir məqsəd uğrunda mübarizə aparırıq. Təbii ki, təbiətcə sakit olmağım bəzən kənardan xoşagəlməz fikirlərin yaranmasına səbəb olur. Ancaq gülümsəmirəmsə, o demək deyil ki, nədənsə narazıyam. Hazırda hər şey qaydasındadır. Komandamın qələbə qazanması üçün meydanda var gücümlə mübarizə aparıram.
- "Neftçi” azarkeşləri ilə münasibətlərin necədir?
- Azarkeşlərimizlə də çox yaxşı münasibətlərim var. Bizi stadiona gəlib dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onlar "Neftçi”nin ən böyük üstünlüyüdür. Azarkeşlərimizin dəstəyi bizim qələbə qazanmağımızda çox böyük rol oynayır. İnanıram ki, növbəti oyunlarda onların sayı daha da artacaq. Komandanın onlara çox ehtiyacı var.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı