“Sumqayıt”ın futbolçusu Atilla Yıldırım Topaz Premyer Liqada 6-cı turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri ev oyunundan sonra Qol.az-ın suallarını cavablandırıb. O, ilk olaraq qələbəni şərh edib:
- Bizim üçün vacib olan 3 xal idi. Qələbə qazandığımız üçün çox sevincliyik. Milli komandanın oyunlarından öncə “Səbail”lə qarşılaşacağıq. Həmin oyunda da 3 xalı qazanıb, qələbə seriyamızı 3-ə qaldırmaq istəyirik.
- Bir neçə məqamda topu qapıdan keçirə bilmədin. Səbəbi nədir?
- Bir aya yaxındır “Sumqayıt”a gəlmişəm. Hələlik tam olaraq formada deyiləm. Hücumçunun əsas vəzifəsi qol vurmaqdır. Bir çox qol epizodu olur. Amma qol epizodlarında olmaq da müsbət haldır. Çünki ilk oyunlarda çox az qol imkanlarım olurdu. Həmin epizodlar da daha çox matçın son dəqiqələrində baş verir. Bu zaman yorğunluq da öz sözünü deyir. Tam formaya düşəndən sonra daha çox qol vuracağıma inanıram.
- Qolu özün vurmuş kimi sevindim. Hiss etdin ki, top sənə dəydi?
- Aha, hiss etdim ki, top mənə toxunaraq qapıya daxil oldu. Ona görə elə sevindim. Əsas məsələ qol vurmaqdır. Qolu kimin vurması önəmli deyil.
- Matçın bəzi məqamlarında baş məşqçiniz Nazim Süleymanovla bir neçə dəfə dialoqlarınız oldu.
- Baş məşqçimizə dedim ki, daha kompakt olarsaq, müdafiə xəttimiz bir qədər önə çıxarsa, bizim üçün daha asan olar. Yəni, Nazim Süleymanovla mübahisə etmirdik, sadəcə, söhbət etdik.
- Oyun zamanı bəzən aqressiv olursan...
- Bəli, bəzən aqressiv ola bilirəm. Çünki qalib gəlmək istəyirəm. Futbol da bir döyüş meydanıdır. Həmin döyüşdə qalib gəlmək üçün əlindən gələn hər şeyi etməlisən. Rəqib sənin üçün düşmən kimi görünür. Hər nə qədər düşmən olmasa da. Oyundan sonra rəqib futbolçularla münasibətlərimiz normaldır.
- Milli komandamıza cəlb olunacağın iddia edilir. Belə bir şey varmı?
- İddialar olur. Biz - Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətik. Mənim əslim Qarslıdır. Əgər baş məşqçi dəvət edərsə, niyə də olmasın? Mən yığmanın Kosova və Malta ilə oyunlarına baxdım. Hücumda çoxala bilmirlər.
- Deyirsən ki, yığmamızda sənin kimi hücumçuya ehtiyac var?
- Baş məşqçi dəvət edərsə, əlbəttə. Hər nə qədər tam olaraq formada olmasam da, komandanın oyun içində daha rahat oynamasına çalışıram. Topu özümdə saxlayıb, ya cinahlara, ya da mərkəzdəki futbolçulara ötürürəm. Hər komanda üçün bu önəmlidir. Ona görə də Malta və Kosova matçlarında qol epizodları az oldu.
- Komanda yoldaşın Əfran İsmayılovla oyun zamanı sanki anlaşa bilmədiyin görünür. Aranızda problem var, yoxsa?
- Əfranla meydandan kənarda münasibətlərimiz yaxşıdır. Sadəcə, oyun içində bəzən anlaşılmazlıqlar olur. Daha sonra unudulur.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi