"İlk növbədə, rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız "Neftçi" var idi. Bilirdik ki, "Neftçi" rəqibin səhvlərindən istifadə edəcək. Eyni səhvləri bizimkilər də təkrarladılar. Xüsusilə də, müdafiəçilərdən narazı qaldım. Bu gün arxa xətt oyunçularını tanımadım. Heyətdə itkilərimiz vardı. Ancaq bu, rəqibin layiqli qələbəsinə səbəb deyil. Oyunun taleyini "Neftçi"nin fərdi ustalığı ilə seçilən futbolçuları həll etdi".
Qol.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 6-cı tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Oyuna baxaraq fikriləşirdiniz ki, bu komandanın Premyer Liqada nə işi var?
- Əlbəttə, 0:4 hesablı məğlubiyyət yaxşı hal deyil. Ancaq futbolçularıma bir oyunla qiymət vermirəm. Bu çempionatda 4 qol vurmaq mümkündür. Məsələn, "Sabah" gözlənilmədən "Sumqayıt"a evdə 1:4 hesabı ilə uduzdu. Fərdi səhvlərimiz öz sözünü dedi və sonrakı dəqiqələrdə planlarımız pozuldu. 70-ci dəqiqədə 3 əvəzləmə etdim. İmkanım olsaydı, yenə edərdim. Ancaq deyə bilmərəm ki, komandama görə utanıram. "Səbail"i "Neftçi" ilə müqayisə etmək düzgün olmazdı.
- Bundan sonra istədiyiniz "Səbail"i görə biləcəyik?
- Oyunların yarısında yaxşı oynamışıq. Ancaq komandamızda stabillik çatışmır. Süni örtüklü meydançada məşq edərək birdən-birə təbii örtüyə keçmək çox çətindir. Bunu hiss etdik. Küləkli hava olduğuna görə, süni örtükdə məşq etməli olduq. Ancaq bunlar məğlubiyyətə bəraət qazandırmır. Bakı Olimpiya Stadionunda məşq edərkən, topu saxlamaq olmurdu. Oyuna istədiyim kimi hazırlaşa bilmədik.
- Son məşqi burda etməmisiniz?
- "Neftçi” tərəfi dedi ki, özləri də burda məşq etməyiblər. Ardıcıl 2 gün yükləmələr oldu. Komandada az olmağım öz təsirini göstərdi. Bu oyundan sonra rəhbərliklə görüşüm olmayıb. Ancaq bundan qabaq pozitiv söhbətlərim olub. Mehriban kollektiv yaratmaq tapşırılıb. Gələcəyi zaman göstərəcək (sportnet.az).
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı