"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Həftəsonu "Qarabağ"a qarşı keçirəcəkləri çempionat oyunundan danışan gənc mütəxəssis "Keşlə"dən ayrılan Miloş Bosançiçin transferinin detallarını da açıqlayıb.
- "Sabah" əvvəlki turlarda daha iddialı komandalara qarşı inamlı təsir bağışlasa da, son oyunda "Səbail"lə bacarmadı. Sanki bir qədər arxayınlıq var idi...
- "Sabah"ın gücü o dərəcədə deyil ki, ardıcıl 2-3 oyunu eyni səviyyədə oynasın. Futbolçularımızda yorğunluq əlaməti vardı. "Qəbələ" ilə matçda daha diri oynamışdılar. Demirəm, bərpanı pis keçirmişdik. Buna baxmayaraq, ikinci hissədə futbolçular yorğun görünürdülər. Deməzdim ki, "Səbail"lə görüşdə 2 xal itirdik. Oyuna görə 1 xal qazandıq. İkinci yarıda rəqib bizdən daha yaxşı oynadı. Demək olar ki, bu hissədə bizim qol imkanlarımız olmadı. Çatışmazlıqların hamısını analiz etdik. Yenə deyirəm, 1 xal bizim üçün böyük şeydir. Yeni yaranmış komandadır. Mövsümün əvvəlində soruşsaydılar, 5 turdan sonra 6-7 xala razı olardım. Amma hazırda 10 xalımız var.
- Miloş Bosançiçin transferi bir qədər marağa səbəb oldu. Serbiyalı yarımmüdafiəçi "Keşlə"dən zədəli olduğu üçün ayrılmışdı. Özü dünən saytımıza müsahibəsində məsələyə aydınlıq gətirdi. Bir də sizin dilinizdən eşitmək istərdik...
- Mövsümün əvvəlində oyunçu axtardığımız vaxt siyahımızda Miloşun da adı var idi. Transferi ilə bağlı müəyyən söhbət olmuşdu. Oyunlarını izləmişdik. Amma sonradan futbolçunun qiymətinə görə bu məsələ bağlandı. Belə deyim, transferini gerçəkləşdirə bilmədik deyə onu yaddan çıxardıq. Sonradan eşitdim ki, "Keşlə"dədir. Orada da oyunlarına baxırdım. "Keşlə"dən ayrıldıqdan sonra belə bir variant yarandı. Deyirdilər, zədəsi, eyni zamanda, gözündə problemi var. Tibbi baxışdan keçirdik. Heç bir problemi olmadığı üçün müqavilə bağladıq. Bosançiç komandamıza kömək edə biləcək futbolçudur.
- Hazırda durumu necədir? "Sabah"da nə vaxt debüt edə biləcək?
- "Keşlə"də zədə almışdı. Hazırda bərpa prosesi gedir, fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında fərdi qaydada hazırlaşır. Qarşıdakı 2 oyunda çətin ki, meydana çıxa. Ümid edirəm ki, milli komandamızın oyunları ilə bağlı 2 həfətlik fasilədən sonrakı turda komandaya kömək edə biləcək.
- Növbəti turda çempionatın lideri "Qarabağ"a qarşı oynacaqsınız. Həmin qarşılaşma haqda nə düşünürsünüz?
- Bildiyiniz kimi, "Qarabağ" səviyyəli, Çempionlar Liqası, Avroliqada qrupa düşmüş komandadır. Bu komanda ilə oynamaq özü bizim üçün bir uğurdur. Onlara çox böyük hörmətim var. Çox maraqlı komandadır. Biz də çalışacağıq ki, onlara qarşı yaxşı oyun keçirək. "Qarabağ" rəqibə futbol oynamağa imkan verir. Baxımlı oyun göstərmək istəyirik.
- "Qarabağ" "Sabah"la matçdan sonra Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Arsenal"la vacib oyuna çıxacaq. Buna görə də gözlənilir ki, Qurban Qurbanov hardasa əsas oyunçularını qoruyacaq. Bunu nəzərə alsaq, "Sabah"ın iddialı rəqibinə sürpriz etmək şansı varmı?
- "Qarabağ"a avrokubok oyunlarında uğurlar arzu edirəm. Yüksək səviyyəli komandadır. Onlardan bir xal almaq, bizim üçün sensasiya olacaq. Meydana döyüşmək, bacarığımızı ortaya qoymaq üçün çıxacağıq.
- Futbolçu karyeranızda 13 il "Qarabağ"ın şərəfini qorumusunuz. 2 gün sonra isə baş məşqçi kimi sabiq klubunuza qarşı mübarizə aparacaqsınız. Hansı hisləri keçirirsiniz?
- 2004-cü ildə "MKT Araz"da baş məşqçi olanda da "Qarabağ"a qarşı mübarizə aparmışam. Həmin oyunda qalib gəlmişdik. Amma o vaxtkı ilə indiki "Qarabağ"ın fərqi böyükdür. Yəni, mən o hissi artıq bir dəfə yaşamışam. Baxmayaraq ki, çempionatda, avrokuboklarda "Qarabağ"a azarkeşlik etmişəm, bu gün "Sabah"dayamsa, bu komandanın uğuru üçün çalışmalıyam. Onu deyim ki, keçmiş komandama baş məşqçi kimi rəqib olmaq maraqlı hisdir.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı