"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov Qol.az-a müsahibə verib. Komandasının cari mövsümün ilk 5 turundakı çıxışını dəyərləndirən təcrübəli müdafiəçi son oyunda "Qarabağ"ın qapısına vurduğu qoldan da danışıb.
- Topaz Premyer Liqanın 5-ci turunda səfərdə "Qarabağ"a böyük hesabla məğlub oldunuz. Səncə, məğlubiyyətə nə səbəb oldu?
- Gözlədiyimiz kimi, çətin oyun oldu. Öz səhvlərimizdən qollar buraxdıq. Ələ düşən şanslardan isə istifadə edə bilmədik. Nəticədə məğlub olduq. Artıq bu görüş keçmişdə qaldı. Oyunu təhlil edib, səhvlərimizi görəcək və növbəti matçlara daha yaxşı hazırlaşacağıq.
- 75-ci dəqiqədə meydana daxil oldun və oyunun sonlarında komandanın yeganə qolunu vurdun. Təəssüratlarını bilmək maraqlı olardı...
- Hə, fərqləndiyimə görə şadam. Ancaq bu qol heç nəyi dəyişdirmədiyi üçün çox da sevinmədim.
- Ötən mövsümdə olduğu kimi, yenə sabit oynamırsan. Hazır deyilsən, yoxsa baş məşqçinin qərarıdır?
- Şükürlər olsun, hər şey qaydasındadır. Hazırlıqla bağlı heç bir problem yoxdur. Sadəcə, meydana çıxıb-çıxmamağım baş məşqçidən asılıdır. Nə vaxt şans versə çıxıb oynamağa, komandama kömək etməyə hazıram.
- Mövsümə qələbə ilə başlasanız da, davamını gətirə bilmədiniz. Komanda son turlarda niyə inamsız təsir bağışlayır?
- Düzdür, turnir cədvəlində istədiyimiz yerdə deyilik. Amma bu, komandanın yaxşı oynamaması anlamına gəlməməlidir. Çünki oyun planında həqiqətən pis deyilik. "Qarabağ"la matçı nəzərə almasaq, əvvəlki 4 turda heç bir rəqibdən zəif çıxış etməmişik. Bir az da bəxtimiz gətirmir. Qol yollarında problem var. Buna görə də qalib gəlməli olduğumuz oyunlarda xal və ya xallar itirmişik.
- Növbəti turda doğma meydanda "Keşlə"ni qəbul edəcəksiniz. Yəqin ki, autsayderlə qarşılaşmada əsas hədəfiniz 3 xal olacaq...
- Biz hər oyuna qələbə üçün çıxırıq. Eləcə də "Keşlə" ilə görüşdə 3 xal qazanmağa çalışacağıq. Rəqibin aşağı pillələrdə olması bizi aldatmamalıdır. Heyətində yaxşı futbolçular var. Öz oyunumuzu oynayıb, qalib gəlmək istəyirik.
- Bu oyun "Qəbələ" üçün dönüş nöqtəsi ola bilərmi?
- Əlbəttə, ola bilər. Qara zolağa düşmüşük. Bu vəziyyətdən çıxmağa çalışmalıyıq. İnanıram ki, növbəti oyunlarda daha yaxşı mübarizə aparıb, qələbələr qazanacağıq.
- Daha çox ehtiyatda qaldığın üçün bir qədər arxa plana keçmisən və bu səbəbdən milliyə də çağırılmırsan. Yığma dəftəri sənin üçün bağlanıb, yoxsa hələ də nəyəsə ümid edirsən?
- Hər bir futbolçu kimi mən də milli komandanın formasını geyinmək istəyirəm. Gələcəkdə niyə də yığmaya çağırılmayım? Hər şey özümdən asılıdır. Özümü yaxşı tərəfdən göstərsəm, inanıram ki, Qurban Qurbanov mənə də dəvət göndərər. Yenidən o formanı geyinəcəyimə ümidim var. Buna görə də öz üzərimdə işləyirəm.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi