"Keşlə"nin müdafiəçisi Denis Silva Kruz Qol.az-a müsahibə verib. Komandasının uğursuz çıxışının səbəblərindən danışan braziliyalı futbolçu digər məqamlara da toxunub.
- Dünən Topaz Premyer Liqada 250-ci oyununuzu keçirdiyinizi bilirsiniz? Bununla bağlı təəssüratlarınız maraqlı olardı...
- Açığı, bunu bilmirdim. İndi sizdən eşitdim. Əlbəttə, bunu bilmək çox xoş oldu. Belə şeylər məni sevindirir. Çünki Azərbaycanda oynamağı sevirəm. Burada daha çox oyun keçirmək istəyirəm.
- Sizin üçün yubiley xarakteri daşıyan matçda "Sumqayıt"a 1:2 hesabı ilə uduzdunuz. Halbuki ilk qolu komandanız vurmuşdu. Hesabı qoruyub-saxlamağa nə mane oldu?
- Dünənki oyun çox dramatik alındı. Son həftələrdə ciddi hazırlıq keçmişdik. Komanda olaraq, yaxşı oynasaq da, qələbə qazana bilmədik. Ümumiyyətlə, geridə qalan 5 turda qalib gəldiyimiz oyun yoxdur. "Sumqayıt"la matç isə daha pis oldu. Çünki məğlub olmaqla yanaşı, qol vurduqdan sonra bərbad oynadıq.
- 5 turdan sonra cəmi 1 xalınız var. Bu, sizi narahat etmir?
- Nəsə deməyə çalışsam, bəhanayə oxşayacaq. Həqiqətən vəziyyəti izah etməyə çətinlik çəkirəm. Bir səbəb tapmağa çalışıram, amma doğrudan da çox mürəkkəb durumdur. Komanda bir qədər "dişsiz" görünür. Bizə daha çox güc və qələbə istəyi lazımdır.
- Hazırkı vəziyyət klub prezidenti Zaur Axundovu narahat etməyə bilməz. Autsayderlər qrupunda qərarlaşdığınız üçün Axundov futbolçulara hansısa irad bildirirmi?
- Əlbəttə, klub prezidenti bizi günahlandırır. Əslində buna haqqı da çatır. Çünki qələbə qazanmaq üçün hər bir imkanımız var. Ötən mövsüm kuboku qazanmış komandanın 5 turdan sonra cəmi 1 xalının olması normal deyil. Zaur Axundovun bizə dediyi sözlərdən şikayətlənə bilmərik. Çünki meydana yaxşı nəticə üçün çıxan futbolçular bunun qarşılığını alırlar.
- Növbəti turda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Nəzərə alsaq ki, bu komanda da çempionata yaxşı başlamayıb və aşağı sıralarda qərarlaşıb, həmin oyundan nə gözləmək olar?
- "Qəbələ" ilə oyuna yalnız qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Hazırda elə vəziyyətdəyik ki, 3 xaldan başqa heç nə bizi qane edə bilməz.
- Bir neçə gün öncə "Keşlə"nin aparıcı müdafiəçilərindən Adrian Skarlatake "Zirə"yə keçdi. Onunla uzun müddət idi bir yerdə oynayırdınız. Arxa xəttdə yaxşı tandem təşkil etdiyinizi söyləmək olar. Rumıniyalı müdafiəçinin gedişindən sonra işiniz çətinləşməyib?
- Hə, uzun müddət bir yerdə çıxış etmişik. Sizin də dediyiniz kimi, oyunlarımız pis alınmayıb. Düşünürəm ki, bütün komanda onun üçün darıxacaq.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı