Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio da Silva azfutzal.az saytının suallarını cavablandırıb.
Qol.az həmin müsahibəni təqdim edir:
- Yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaqsınız. Həmin oyunun hazırlığına nə vaxt başlayacaqsınız?
- Sentyabrın 19-da Yüksək Liqada II turun oyunları keçirləcək. Baş məşqçisi olduğum "Araz” "Xəzər Cənub”la qarşılaşacaq. Bildiyiniz kimi, bu komanda demək olar, İrandan dəvət olunmuş legionerlərdən təşkil edilib. Hazırda diqqətimizi bu oyuna yönəltmişik. Bu qarşılaşmanın hazırlığını başa vurduqdan və oyunu yekunlaşdırdıqdan sonra, milli toplanışa başlayacaq. Sentyabrın 20-də bir yerə toplaşacağıq və Qazaxıstanla oyuna hazırlaşacağıq. Heyəti də turdan sonra açıqlayacağıq.
- Narahat olduğunuz məqamlar varmı?
- Milli komanda rəhbrəliyim altında ilk dəfə yerli çempionatda çıxış edən futzalçılardan qurulacaq. Müəyyən problemlər olacaq. Çünki əvvəllər bu oyunçular Braziliyadan dəvət etdiyimiz futzalçılarla birgə oynayırdılar. Buna görə də meydanda anlaşma, bir-birini sığortalama baxımından problem yox idi. Hazırkı heyətin əksər üzvləri bir komandada çıxış etsələr də, çatışmazlıqlar olacaq. Ancaq müsbət məqam da var. Yerli futzalçılar özlərini sübut etməyə çalışacaqlar və daha istəkli olacaqlar. İstənilən halda, bu qarşılaşma bizim üçün əla test olacaq.
- Milli komandanın qarşıdakı bir il ərzində heç bir rəsmi oyunu olmayacaq. Bunu nəzərə alsaq, yoldaşlıq oyunu komandaya nə qazandıracaq?
- FİFA-nın oyun pəncərələri var. Biz birinci pəncərədən istifadə etmədik və yoldaşlıq matçı keçirmədik. Ancaq rəsmi oyunlar oldu-olmadı, bu cür qarşılaşmalara ehtiyac var. Ona görə də rəhbərliyə oyun pəncərəsindən istifadə etməyin lazım olduğunu bildirdim. Reytinq baxımından da vacibdir. Qarşıda hələ rəsmi oyunlarımız olmasa da, dekabr və yanvar aylarında beynəlxalq turnirlərə dəvət almışıq. Üstəlik, oyun təcrübəsinə hər zaman ehtiyac var. Bu görüş bizə ən azı beynəlxalq oyun təcrübəsi qazandıracaq.
- "Araz”dan ayrılan millinin bir neçə üzvü İspaniya, Braziliya və Rusiya klublarında çıxış edirlər. Gələcəkdə onların xidmətindən yararlanmağı düşünürsünüzmü?
- Onların güclü çempionatda oynamaları yaxşı haldır. Milliyə dəvət edib-etməyəcəyimlə bağlı indidən söz verə bilmərəm.
- Qazaxıstanla oyunu həm də bir növ "Araz”ın Çempionlar Liqasına hazırlığına kömək kimi qiymətləndirmək olarmı?
- Hər şeydən əvvəl bu, millinin oyunudur. Həm təcrübə qazanmaq, həm də reytinq xallarını artırmaq baxımından vacib görüşdür. Ancaq sualdakı məqamı gizlədə bilmərəm. Milli komandanın sütununu "Araz”ın oyunçuları təşkil edir. Bu görüşün komandamıza az da olsa köməyi dəyəcək. Çünki çempionatımız yeni başlayıb. Cəmi bir tur keçirilib, sabah isə ikinci turun oyunları olacaq. Bizə isə həmin vaxta qədər çox oyun keçirmək lazımdı ki, Çempionlar Liqasına necə hazırlaşdığımızı görək. Qazaxıstanla oyun çox çətin, ağır keçəcək. "Braziliyalılar”sız gəlsələr də, kifayət qədər güclü komandadır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı