Bakı Olimpiya Stadionunun meydançalarına xidmət göstərən “AgroSport” şirkətinin baş aqronomu Yan Marton dünən UEFA Millətlər Liqasının Azərbaycan – Kosovo oyunundan (0:0) sonra rəqib komandanın kapitanı Samir Uykaninin ot örtüyünün vəziyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
Qol.az-ın BOS-un mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, mütəxəssis meydançaya rəng vurulması haqda söz-söhbətlərin həqiqəti əks etdirmədiyini söyləyib:
“Əvvəlcə bildirim ki, UEFA tərəfindən təşkil olunan bütün oyunlarla ayın əvvəlində UEFA ilə davamlı təmasda meydanın vəziyyətinə baxım və həftəlik hesabatlar bir sıra fotoşəkillərlə birlikdə göndərilib və UEFA nümayəndələri tərəfindən heç bir mənfi şərh almamışıq.
Dünənki oyun zamanı meydançaya rəng vurulması ilə bağlı xəbərləri gördüm. Təbii ki, bu məlumat reallığı əks etdirmir. Bilidyiniz kimi, BOS-un əsas meydançasında hibrid ot sistemi tədbiq olundu. Bu halda ümumiyyətlə heç bir rənglənmə prosesindən söhbət gedə bilməz. Meydançanın mərkəzində zəif bir sahə vardı (cüzi sarılıq), bunun əsas səbəbi – yay ayları zamanı güclü günəş şüalarıdır.
Stadionun içərisində temperatur daha sıx olduğuna, rütubətə görə əlavə avadanlıq quraşdırılıb (fenlər).
İyun ayında bizim üçün erkən başlayan yay mövsümündə stadionun içərisində temperatur göstəricisi 40 dərəcə səviyyəsində uzun müddət davam edirdi. Buna görə də meydançaya vurulan xüsusi sprey (ot xəstəliklərinə qarşı) yalnız müəyyər intervallarla mövcud olurdu”.
Y. Marton meydança ilə bağlı gələcək işlərin proqramını da açıqlayıb: “Meydança bu gün maşınlar vasitəsi ilə təmizləndi, dağıntılar və boş çəmənlər aradan qaldırıldı. Hal-hazırda da meydança bir-birinə sıx məsafədə yerləşən sərinkeşlə havalandırılır.
Sabahdan etibarən isə meydança tamamilə yeni toxumlarla doldurulacaq, bundan sonra isə yeni yaradılmış ot kökləri daraqlanacaq.
İsti hava şəraiti yavaş-yavaş azalmağa başlayır, şübhəsiz ki, meydança gündən-günə daha güclü olacaq. Bu mövzu ilə maraqlanan bütün media nümayəndələri ilə görüşməyə hazır olduğumu bildirirəm və qeyd olunan bütün proseslər real olaraq təqdim olunacaq”.
Qeyd edək ki, Kosovo millisinin qapıçısı Samir Uykani Azərbaycanla oyundan sonra meydançanın kələ-kötür olduğunu və ot örtüyünə rəng vurulduğunu iddai etmişdi.
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı