"Olduqca gərgin oyun keçdi. Bilirdik ki, rəqibimizin ustalıq səviyyəsi yüksəkdir. Ümumiyyətlə, ağır qrupda mübarizə aparırıq. Bütün rəqibləri daha yaxından analiz etdikdən sonra bir daha buna şahidlik etdim. Daha yaxşı oynaya bilərdik. Sadəcə, hiss olunurdu ki, futbolçularımız ən yaxşı formalarında deyil. Rəqibin heyətində bütün futbolçular İsrailin güclülər dəstəsində oynayırlar. Yalnız ilk dəqiqədə istədiyimiz pressinqi tətbiq etdik. Bilirdik ki, rəqibin ən yaxşı cəhəti topla davranmağı bacarmasıdır. Fasilədən sonra bir qədər özümüzə gəldik. Üç-dörd epizod yarada bildik. Uşaqlara təşəkkür edirəm ki, sonadək döyüşdülər".
Bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsində İsraillə 1:1 hesablı oyundan sonra mətbuat konfransında deyib.
- Renat Dadaşov zədəli idi ki, penaltini Ziya Əzizov vurdu?
- Bəli, zədələndi və kənara çəkildi. Ziya penaltiləri pis vurmur. Amma penaltini ulduz futbolçular da qaçıra bilir. Elə bir problem görmürəm.
- Renat Dadaşovu meydana sanki döyə-döyə çıxarmışdılar. Onun bu cür davranışının səbəbi nə idi?
- Fikrinizlə razılaşmıram. Dadaşov olduqca istəkli idi, mübarizə aparırdı. Renatda dəyişiklik var və ondan razı qaldım.
- Dörd gündən sonra Norveçlə oyunda dəyişiklik gözlənilirmi?
- Bəli, ediləcək. Həm bir sıra futbolçumuz yorulub, həm də Norveç fərqli taktikayla oynayır. Qrupun favoritinə qarşı oynayacağıq.
- Dadaşovun zədəsi ciddidir?
- Xeyr, adi qıcolma idi.
- Qurban Qurbanovun oyunu izləməsi futbolçulara əlavə motivasiya verdimi?
- Qurban müəllim hətta məşqlərə də diqqət yetirir. Bununla da o, millimizin gələcəyinə ümid bəslədiyini nümayiş etdirdi.
- Bu gün Qurban Qurbanov tam heyətlə oyununuzun ilk yarısını izlədi. Rejimə görə fasilədə tribunaları tərk etdilər. Siz necə, sabah tam tərkibdə millinin oyununu izləyəcəksiniz?
- Mütləq izləyəcəyik, özü də sonadək. Yığma komandamızı ciddi sınaq gözləyir. Kosovonun baş məşqçisinin açıqlamalarını oxudum. Sanki qrupda 3 favorit var, bir tək öz komandası zəifdir. Əslində isə belə deyil. Sabah millimizi çox ağır sınaq gözləyir. (Sportnet.az)
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı