"Bizim üçün yeni məcarının başlanğıcıdır. Millət Liqası çox gözəl turnirdir. Biz də AÇ-2020-yə vəsiqə qazanmaq istəyirik”.
Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo yığmasının baş məşqçisi Bernar Şalland millimizlə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
- Azərbaycan millisi haqda nə deyə bilərsiniz?
- Təbii ki, məlumatım var. Hər şeyi araşdırmışam. Ötən seçmə tsikldə güclü qrupa düşsəniz də, 10 xal toplamısınız. Kosovo isə vur-tut 1 xal toplamışdı. Azərbaycan cütün favoritidir. Elə reytinq sıralamasında da bunu görə bilərik. Qrupa nəzər saldıqda etiraf etməliyəm ki, güclü rəqiblərlə qarşılaşacağıq. Hesab edirəm ki, divizionumuzun ən güclü qrupuna düşmüşük.
- Azərbaycan millisini favorit sayırsınız. Bəs, Kosovo yığması buraya nəyə gəlib?
- Belə deməkdə məqsədim Kosovonun gənc komanda olmasını vurğulamaqdır. Biz cəmi bir seçmə mərhələ görmüşük. Belə cavan komanda ilə bura gəlib, qalib gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdür.
- Kosovo millisinin futbolçuları Avropanın klublarında çıxış edir. Bu sizin üçün üstünlükdür?
- Bayaq da dedim, Kosovo yeni yığmadır. Bəli, bizim futbolçular başqa ölkələrdə çıxış edirlər. Bu, bizim üçün üstünlükdür. Azərbaycanlı futbolçuların xarici klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə, burada onlara daha çox pul verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalar qarşı çətin olacaq. Amma AVRO-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddir.
- Valon Berişanın yoxluğu oyununuza mənfi təsir edəcəkmi?
- Təbii ki, Berişa ən güclü oyunçularımızdan biridir. Təəssüf ki, zədə səbəbindən oynaya bilməyəcək. Oktyabrda sıraya dönməlidir. Məşqçi kimi ona layiqli əvəzləyici tapmalıyam.
- Hücumda sürətli oyunçuları oynadacaqsınız, yoxsa boyu uca hücumçulara şans verəcəksiniz?
- Yaxşı sual deyil (gülür). Komandam haqqında indidən məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, hücumçuların sayı 2 olacaq.
- Besar Haliminin yoxluğunda komandadan yaradıcılıq gözləyirsiniz?
- Bəli, Halimi yardıcılıq baxımından önəmli oyunçudur. Amma onun yerinə cavan futbolçularımız var. Problem olmamalıdır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı