"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Qol.az-a müsahibə verib. Komandasının mövsümün startındakı çıxışını dəyərləndirən mütəxəssis millimizin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlara da toxunub.
- "Sumqayıt" mövsümə məğlubiyyətlə başlasa da, sonradan 1 qələbə və 1 heç-heçə ilə vəziyyəti düzəltdi. Hazırda 4 xalla 4-cü pillədəsiniz. Komandanın ilk 3 turdakı çıxışı sizi qane edirmi?
- Gəlin, nəyisə analiz etmək üçün tələsməyək. Çünki mövsüm yeni başlayıb. Marafon uzundur. Bütün suallara çempionatın sonunda aydınlıq gələcək. Bizim məqsədimiz hər oyuna yaxşı hazırlaşıb, meydana maksimum nəticə üçün çıxmaqdır.
- Millinin oyunları ilə bağlı yaranmış fasilənin xeyiri olacaq, yoxsa komandanı çempionatdan soyudacaq?
- Elə də demək olar. Amma millinin oyunları ilə bağlı yaranmış fasilədir. Maksimum yararlanmağa çalışacağıq. Bir yoxlama oyunu keçirmişik. Daha bir sınaq matçı nəzərdə tutulub ki, o da qarşıdakı günlərdə olacaq.
- Mövsümə 1 hücumçu ilə başlamışdınız. Komandanın öt xəttdə çətinlik çəkdiyi hiss olunurdu. Ancaq sonradan Atilla Yıldırımı transfer etdiniz. Necə düşünürsünüz, türkiyəli futbolçunun hücumdakı problemi həll edə biləcək potensialı var?
- "Sumqayıt"ın problemini bir nəfər həll edə bilməz. Yaxşı kollektiv, sağlam rəqabət olmalıdır. Digər mövqelərdə oyunçu seçimimiz var idi. Sadəcə, hücumçu lazım idi. O məsələni də həll etdik. Komandada rəqabət olmalıdır ki, futbolçular meydanda əllərindən gələni etsinlər.
- Fasilədən sonra ilk oyununuz "Qarabağ"a qarşı olacaq. Həmin oyun barədə nə fikirləşirsiniz?
- "Qarabağ" neçə illərdir avrokuboklarda öz çıxışı ilə bizi sevindirir. Bu dəfə də belə oldu. Avroliqanın qrupuna düşdülər. Bu münasibətlə komandanı təbrik edirəm. Onların sayəsində Avropanın güclü klublarının oyunlarına Bakıda canlı baxa biləcəyik. "Qarabağ" həm yaxşı klub, həm də güclü komandadır. Buna baxmayaraq, biz də meydana nəticə qazanmaq üçün çıxacağıq.
- Qarşıda milli komandamızın UEFA Millətlər Liqasında Kosovo ilə ev, Malta ilə isə səfər oyunları var. Bu görüşlərdən nə gözləyirsiniz?
- Hazırda dünya futbolunda zəif rəqib yoxdur. Biz elə fikirləşirik ki, Kosovo, Malta, Farer adaları zəif komandalardır. Bu, kağız üzərində belə görünür. Futbol meydanda həll olunur. Burada 12-ci oyunçuya - yəni, azarkeşlərə də çox iş düşür. Hamımız stadionda olub, milli komandamıza dəstək olmalıyıq. Çünki milli hamımızındır.
- Sizcə, evdə Kosovonu məğlub etmək olarmı?
- Əlbəttə. Niyə də olmasın?! Sadəcə, çox çalışmaq lazımdır.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı