"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin BNT telekanalına müsahibə verib. Qol.az-ın məlumatına görə, 24 yaşlı futbolçu "Qarabağ"dan da danışıb.
- Bu yay karyeranızda yeni səhifə açdınız. Niyə məhz "Qarabağ"ı seçdiniz?
- Açığı, bu, çox düşünülmüş və riskli addım idi. Əgər Avropa Liqasında qrupa düşməsəydik, bu, elə də uğurlu keçid olmayacaqdı. Amma mən Avropada oynamaq və Simeon Slavçevin kim olduğunu göstərmək üçün bu riskə getdim.
- Bu komandada özünüzü necə hiss edirsiniz? Onlar sizi yaxşı qarşıladılar?
- Başlanğıc çox ümidverici oldu. "Qarabağ"da xoşbəxtəm. Deyə bilərəm ki, tam istədiyim yerə getmişəm. Çünki sabit oynayıram. Komandada yaxşı futbolçular var. Onlarla birlikdə Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə qarşı layiqli oyun göstərmək istəyirəm. Bu, mənim əsas hədəfimdir. Həqiqən "Sportinq"lə düşməyi arzulayırdım.
- "Sportinq"də qalmağınıza nə mane oldu?
- Hazırda klubda xaos hökm sürür. Vaxtında mənim gələcəyim və oyunçu keyfiyyətlərimlə bağlı yanlış qərarlar verildi. Azarkeşlərə necə futbolçu olduğumu göstərmək üçün mənə şans vermədilər. Razılığım olmadan haqqımda verilən qərarlar özümü sübut etməyimə mane oldu. Halbuki hər zaman "Sportinq"də oynamaq üçün yaxşı futbolçu olduğumu düşünmüşəm. İndi isə özümü göstərmək üçün əlimə əla fürsət düşüb.
- Bu mənada "Liteks"dən "Sportinq"ə keçdiyinizə görə təəssüflənirsiniz?
- Bu müddət ərzində çox şey öyrəndim. Ona görə də düşünürəm ki, heç nəyə görə təəssüflənməli deyiləm. Düzdür, "Liteks"də qalmaqla bir az da inkişaf edib, daha fərqli yerlərdə ola, Bolqarıstan futbolunda daha dərin iz buraxa bilərdim. Öz güclü tərəflərimə və imkanlarıma yaxşı bələd idim. Ancaq hələ 24 yaşım var, bundan sonra çox şey etməliyəm.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı