"Qarabağ"ın rəqibindən qələbə - Video

"Qarabağ"ın rəqibindən qələbə -  Video
VİDEO 2 Sentyabr 2018 / 10:18 4298
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sportinq" Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Lissabon təmsilçisi evdə "Feyrensi" qəbul edib. Qarşılaşma “Sportinq”in i 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 88-ci dəqiqədə Jovane Kabral vurub.

Xallarını 10-a çatdıran "Sportinq" 2-ci pilləyə yüksəlib. Lider "Braqa" da eyni xala malikdir.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının E qrupunda ilk oyununu  sentyabrın 20-də məhz "Sportinq"ə qarşı keçirəcək.



Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner