Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra Moldova “Şerif”inin baş məşqçisi Qoran Sabliç mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.
- Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çətin əldə olunan qələbə oldu. Əvvəldən də bunu gözləyirdik. Avroliqa qarşılaşması, ardınca “Milsami” ilə çempionat oyunu və nəhayət, “Qarabağ”la matç. Bütün bunlara tab gətirmək lazım idi. Oyun komponentlərinə gəlincə, oyunçularım yuxarı-aşağı istədiklərimi həyata keçirdilər. Bir qədər təəssüflənirəm ki, yetərincə gücümüz olan zaman kəsiyində ikinci qolu vura bilmədik. Topu “Qarabağ”a bilərəkdən vermişdik və ümidlərimizi sürətli əks-hücumlara bağlamışdıq. Bir daha təkrar edirəm, heyif ki, bu cür əks-hücumlarda daha bir qola imza ata bilmədik. Hərçənd, belə imkanlarımız var idi. İndi cavab qarşılaşmasına hazırlaşacağıq. Düşünürəm ki, komandam bir həftə sonra daha yaxşı vəziyyətdə olacaq. Uşaqlar xarakter nümayiş etdirdilər. Hər kəs hücumda da, müdafiədə də işlədi. Futbolçularımız belə bir güclü rəqiblə oynamaq iqtidarında olduqlarını nümayiş etdirdilər.
- Yüksək tempi sonadək qorumağa nə mane oldu?
- Yuxarıda da qeyd etdiyim kimi, fiziki durumumuz. Bir həftənin içərisində “Valyur” və “Milsami” ilə iki oyun keçirmişdik. İslandiyadan evə qayıdarkən, demək olar bütün gecəni havada keçirmişdik. Elə “Milsami” ilə matç da xeyli güc sərf etməyimizə səbəb oldu. Bilirdim ki, Azərbaycan təmsilçisi ilə görüşdə bu üzdən çox çətin olacaq. Ancaq futbolçularıma dözə bildiklərinə görə “əhsən” düşür: taktiki cəhətdən ağıllı oynadılar, intizamı pozmadılar. Bu cür rəqiblərlə ərazi üstünlüyünə sahib olmaq mübarizəsi aparmaq mümkün deyil. Bəli, topa nəzarət edirdilər, ancaq ciddi qol epizodu – son dəqiqədəkini saymasaq – yarada bilmədilər.
- Rəqib sizi nə iləsə təəccübləndirə bildi?
- Bir həftə ərzində xeyli sayda oyunlarını izləmişdik. Heç bir yenilik görmədim. Onlar ərazi üstünlüyü, topa nəzarət hesabına təzyiq göstərməyə çalışırlar. Cinahlarda sürətli oyun göstərmək istəklərindən də xəbərdar idik.
- Müəyyən xəttləri gücləndirməyə zərurət hiss olunur...
- Nəyimiz varsa, odur. Əsas məni sevindirən budur ki, meydanda olan hər bir futbolçu cani-dildən mübarizə aparırdı. Əlbəttə, məşqçi kimi mən də əlimin altında daha geniş və istedadlı heyət görmək istəyərəm (Qafqazinfo).
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı