“Turan Tovuz”un sabiq baş məşqçisi Əsgər Abdullayev Qol.az-a müsahibə verib. “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubu ilə keçirəcəyi oyunlar haqda danışan təcrübəli mütəxəssis Ağdam təmsilçisinin qrupa düşmək şanslarını dəyərləndirib.
- “Qarabağ” sabah Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Şerif”lə qarşılaşacaq. Təmsilçimizin səfər matçından nə gözləmək olar?
- Əlbəttə ki, hamımız “Qarabağ”ın qələbəsini istəyirik. İnanıram ki, mərhələni komandamız keçəcək. Bilmirəm, istəkdən irəli gəlir, başqa nədənsə, mən şəxsən belə düşünürəm. Çünki komandanın potensialı var. Hiss edirəm ki, “Qarabağ” turu keçmək iqtidarındadır, buna gücü var.
- “Qarabağ” ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində də bu komanda ilə üz-üzə gəlmişdi və iki oyunun nəticəsinə əsasən rəqibini keçmişdi. Sözsüz ki, “Şerif” həm də həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Necə düşünürsünüz, bu, Moldova klubu üçün ikiqat motivasiya ola bilərmi?
- Belə bir şey deyim ki, zəif rəqib olmur. Sadəcə, oyuna zəif hazırlaşmaq olur. Əlbəttə, “Qarabağ” bunu dərk etməlidir. Futbolçular da bunun fərqindədirlər. “Şerif” pley-off-a qədər gəlib çıxıbsa, deməli, onlar da iddialıdırlar. Amma mən “Qarabağ”ın qrupa düşəcəyinəçox inanıram.
- Ağdam klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə oyunlarını izləmisiniz?
- Bəli, baxmışam.
- “Qarabağ” üstün oynadığı matçlarda fərdi səhvlərdən buraxılan qollarla mübarizəni dayandırdı. Sizcə, “Şerif”ə qarşı necə oynamalıdırlar?
- Bu haqda komandanın baş məşqçisi məlumat versə, daha yaxşı olar. Hər halda, mənə elə gəlir ki, “Qarabağ” öz oyununu oynasa turu keçəcək. Futbolçular bu matça axırıncı oyun kimi baxmalı, özlərini maksimum dərəcədə görüşə kökləməlidirlər. Keçmiş oyunlardakı səhvlərə baxmaq lazım deyil. Futbolçular da bunu dərk etməlidirlər. Düşünürəm ki, “Qarabağ”ın hər bir oyunçusu bu mərhələni keçməli olduqlarını anlayır.
- İlk oyunun Moldovada keçirilməyini “Qarabağ” üçün üstünlük saymaq olarmı? Yoxsa müasir futbolda artıq ev-səfər anlayışı qalmayıb?
- Burda elə bir fərq olmamalıdır. Amma əslində 2 oyundan ibarət matçların birincisində qol buraxmamağa çalışmaq lazımdır. Düzdür, azarkeş dəstəyi ev-səfər matçlarında təsir göstərir. Bu gün Qarabağ”ın böyük azarkeş dəstəyi var. Düşünürəm ki, buna görə oyun sərgilmək lazımdır. Əsas məsələ orada top buraxmamaqdır. Fikrimcə, müdafiədə kompakt oynayıb, sürətli əks-hücumlara çıxmaq lazımdır. Çünki “Qarabağ” burada öz qolunu mütləq vuracaq. Çünki komandanın heyətində sürətli oyunçular var. Mən bunu kiməsə məsləhət görmürəm, öz fikrimdir.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı