Avropanın nəhəng klubları Beynəlxalq Çempionlar Kubokunda növbəti oyunlarını keçiriblər.
Qol.az-ın məlumatına görə, gecənin maraqlı qarşılamalarından biri "Liverpul"la "Mançester Yunayted" arasında olub. Kifayət qədər bol qollu keçən qarşılaşmada Yurgen Kloppun komandası "qırmızı şeytanlar"ı 4:1 hesabı ilə məğlub edib. Mersisaydlıların yeni transferi Cerdan Şakiri ilk qolunu akrobatik zərbə ilə vurub.