DÇ-2018-də etdiyi simulyasiyaları ilə yadda qalan Braziliya millisinin futbolçusu Neymarın hərəkətləri dizayner Lusiano Yakobun diqqətindən yayınmayıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 26 yaşlı hücumçunun etdiyi bəzi hərəkətlərə uyğun olaraq əlifba hazırlayıb. L.Yakob bu əlifbanı hazırlayarkən çox çətinlik çəkdiyini bildirib: "Neymarın internetdə bəzi şəkillərini tapdım və onların üzərində işlədim. Yekunda A-dan Z-yə bütün hərfləri hazırladım. Bunu Neymarı tənqid etmək üçün yox, sadəcə insanları güldürmək üçün etdim. Etdiyimin bəyəniləcəyini bilirdim, amma bu qədər diqqət çəkəcəyini gözləmirdim".
Qeyd edək ki, Braziliya 1/4 finalda Belçikaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi