Mövsümün sonunda "Qəbələ"dən ayrılan Elvin Məmmədov Qol.az-a müsahibə verib. Komandadan gedişinin səbəblərini açıqlayan təcrübəli futbolçu Roman Qriqorçuku sərt tənqid edib.
- "Qəbələ"dən ayrılmağın dəqiqləşdi?
- Bəli, müqaviləm başa çatdı və komandadan ayrıldım.
- Yeni sözləşmə təklif etmədilər?
- Xeyr, ümumiyyətlə heç söhbətimiz də olmadı. Klubdan heç kim - nə Sənan Qurbanov, nə də rəhbərlik mənimlə əlaqə saxladı.
- Özün necə, "Qəbələ"də qalmaq istəyərdin?
- Yenə deyirəm, heç kim bu barədə mənim fikrimi soruşmadı. Digər tərəfdən, büdcədə azalma oldu. Bilirsiniz ki, bəzi legionerlər komandadan getdilər. Yəni, o pula "Qəbələ"də ehtiyatda qalmaqdansa, başqa klubda daim oynamaq daha yaxşıdır. Çünki qalsam belə, oynayıb-oynamayacağımı bilmirəm.
- Roman Qriqorçukun vaxtında əsas heyətdə nadir hallarda meydana çıxırdın. Ukraynalı mütəxəssisin gedişini necə qarşıladın?
- Bəlkə də fikrimi başqa cür yozacaqlar. "Qəbələ" Qriqorçukdan canını qurtardı. Bunu deməklə kiminsə haqqına girmirəm, olanı deyirəm. Çox futbolçu buna səsini çıxarmaq istəyirdi, amma çıxara bilmirdi. Çünki müqavilələri var idi. Danışan kimi onları əvəzedici komandaya göndərirdi. Qriqorçuk yerlilərin qənimi idi. Məşqçiliyinə heç nə deyə bilmərəm, amma insanlığı yox idi.
- Bəs sən bunlara görə Qriqorçuka etirazını bildirirdinmi?
- Yox, çünki mümkün deyildi. Klubda hər şeyi əlinə almışdı. Etiraz etmək də olmurdu. Çünki nəsə deyən kimi pulumuzu kəsib, əvəzediciyə göndərirdi. "Qəbələ"də öz bildiyini edirdi. Ona görə də heç kim dillənə bilmirdi.
- Artıq komandanın baş məşqçisi Sənan Qurbanovdur. Səncə, gənc məşqçi nəyisə dəyişə biləcək?
- Dəqiq bir söz deyə bilmərəm. Bəlkə sistemi dəyişsə, nəsə alınar. Bir dəfə "Qəbələ"nin baş məşqçisi işləyib. Gəncdir, düşünürəm ki, özünü yaxşı tərəfdən göstərə bilər. Avropada irəli getmək çətin olacaq. Bəlkə çempionatda nəsə edə.
- Adın Premyer Liqaya yenicə gələn "Sabah"la yanaşı hallanır. Hətta anlaşdığınız da bildirilir. Məlumat nə dərəcədə doğrudur?
- Belə bir söhbət var, arada danışıq olub. Amma razılıq hələ yoxdur. Yaxın günlərdə hər şey bilinəcək.
- Başqa təkliflərin var?
- Real olaraq, heç bir təklifim yoxdur. Sadəcə, "Sabah" variantıdır.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib