"Hakim penaltini versəydi..." - Di Françesko

"Hakim penaltini versəydi..." -  Di Françesko
GÜNDƏM 3 May 2018 / 01:56 8517
-  A +

“Mən hiddətlənir və təəssüf hissi keçirirəm. Çünki finala çıxacağımmıza böyük inamım var idi”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinalında “Liverpul”la keçirilən cavab oyunundan (4:2) sonra İtaliya mətbuatına açıqlamasında deyib.

O, finala yüksələ bilməsələr də, komandasından razı qaldığını bildirib: “Roma” üçün turnirdə təcrübə vacibdir. Ancaq biz daha çox qol vura bilərdik. Bunun üçün yaxşı imkanlarımız oldu. Həqiqətən turnirlə vidalaşdığımız üçün çox məyusam. Amma futbolçularımı tərifləmək istəyirəm. Onlar ikinci hissədə ideal oynadılar".

Di Françesko matçın baş hakimi Damir Skominanın kobud səhvə yol verdiyi epizodlar haqda da danışıb: “Əlbəttə, hakim “Liverpul”un oyunçusuna qırmızı vərəqə və qapısına penalti versəydi, oyunu xeyrimizə dəyişə bilərdik. Ancaq biz də səhvlər etdik və bu bizə baha başa gəldi”.

Daha çox


Son xəbərlər