"İnanılmaz dərəcədə bəxtimiz gətirdi" - Klopp

"İnanılmaz dərəcədə bəxtimiz gətirdi" -  Klopp
GÜNDƏM 3 May 2018 / 01:30 7789
-  A +

“Bu gün “Liverpul”un inanılmaz dərəcədə bəxti gətirdi. Biz bunu bilirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalının “Roma” ilə cavab oyunundan (2:4) sonra keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis məğlub olmalarına baxmayaraq, finala yüksəldikləri matçı belə şərh edib: “Roma”nın futbolçuları israrla hücumlarını davam etdirirdi. Qapımız qarşısında xeyli təhlükəli vəziyyətlər yaratdılar. Ancaq hər şey bizim üçün yaxşı qurtardı. Təəssüf ki, buraxdığımız birinci qoldan sonra rəqibə oynamaq imkanı verdik və məğlub olduq. Finala çıxmaq məni məmnun edir, ancaq daha yaxşı oynamalıyıq”.

Qeyd edək ki, “Liverpul” iki oyunun nəticəsinə görə adını finala yazdırıb.

Daha çox


Son xəbərlər