Nazarov vurduğu möhtəşəm qoldan danışdı

Nazarov vurduğu möhtəşəm qoldan danışdı
GÜNDƏM 27 Aprel 2018 / 13:06 4294
-  A +

"Vurduğum qol heç kimdə xüsusi maraq oyatmadı, heç məndə də. Bu da təəccüblü deyi. Çünki həmin oyunu uduzduq".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin və “Erzgebirge Aue”nin futbolçusu Dmitri Nazarov "Bild"ə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi Almaniya 2-ci Bundesliqasının 31-ci turunda "Duyusburq"un qapısına vurduğu möhtəşəm qolu şərh edib. O, gözəl qola imza atmasına baxmayaraq, məğlub olduqlarına görə (1:3) sevinə bilmədiyini qeyd edib: "Mən o qolu qələbəmizə dəyişməyə razı olardım. Ancaq şadam ki, uzun müddətdən sonra qol vurdum. Qol ehtiyatımı artırmaq üçün qarşıda daha 3 oyun var".

Nazarov 2-ci Bundesliqanın 32-ci turunda bu gün "Bohum"la keçiriləcək oyun haqda da danışıb: "Əminəm ki, rəqib hücumda oynayacaq. Onların Bundesliqaya yüksəlmək şansı qalır. Oyun ərzində diqqətli olmalıyıq. Xüsusilə də ilk 20 dəqiqədə. Başımızı itirməməliyik".


Daha çox


Son xəbərlər