“Qeyri-adi formada hazırlaşmamışıq, digər oyunlar üçün necə məşq etmisiksə, “Qarabağ”a qarşıda elə hazırlıq keçmişik”.
Qol.az-ın məlumatına görə, bu sözləri klubun saytına açıqlamasında “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov Topaz Premyer Liqanın 23-cü turunda bu gün “Qarabağ”la keçiriləcək oyun haqda danışarkən deyib.
Güclü rəqiblə qarşılaşacaqlarını bildirən təcrübəli yarımmüdafiəçi “Qarabağ”dan xal almaq istədiklərini qeyd edib:
"Azarkeşdən tutmuş futbolçuya kimi hamı yaxşı nəticə qazanmağa çalışır. Amma əvvəlcədən proqnoz vermək olmaz. Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Maksimum nəyi bacarırıqsa, onu da meydançada edəcəyik. Xal və ya xallar qazanmağa çalışacağıq. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Bu, bizim üstünlüyümüzdür. Amma digər tərəfdən minlərlə azarkeşin önündə çıxış etmək elə də asan məsələ deyil. Çünki istər-istəməz yaxşı mənada təzyiq olur. Çalışırsan ki, fanatlar komandadan narazı qalmasınlar. Gəncədə futbolu çox sevirlər, “Qarabağ”la matç ajiotaj yarada biləcək oyundur. İnşallah, futbolsevərlərimizi məyus etməməyə çalışacağıq”.
Əvvəlki görüşlərlə müqayisədə son iki oyun üçün “Kəpəz” əsas hazırlığı Gəncədə keçirib. Rəhimovun fikrincə, komandanın Gəncədə daha çox olması onların xeyrinədir: “Komandada 3 ildir ki, çıxış edirəm. Bu vaxta kimi Gəncəyə oyundan 3-4 gün öncə gəldiyimiz olmamışdı. Bu, çox sevindirici haldır. Sizə bir şeyi deyim, bu yaxınlarda doğum günümü qeyd edirdim. Azarkeşlərin məşqdən sonra məni meydanda təbrik etməsi, tort alıb otelə gəlməsi sürpriz oldu. Hətta oyunda da gül dəstəsi ilə təbrik etdilər. Söhbət hədiyyədən yox, diqqətdən gedir. Belə məqamlar futbolçuya xoş gəlir. Bu onu göstərir ki, nəticələrə baxmayaraq Gəncədə bizi sevirlər, hörmət edirlər. Burada olanda zəng edib qonaq çağırırlar. Azarkeşlərin hər birinə təşəkkür edirəm. Komandanın Gəncədə olması bizim də ürəyimizcədir. “Kəpəz”in doğma şəhərə köçməsi çox vacibdir”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi