"Maraqlı oyun keçdi. Lakin qalib gələ bilmədik. Bəxt amili öz sözünü dedi. "Keşlə" yaxşı təsir bağışladı. Qol vurmaq şanslarımız çox idi. Yaratdığımız imkanlar bütün oyunlardakından çox idi. Xal fərqini azaltmaq istəyirdik. Qarşıda çətin oyunlarımız var. Onlara hazırlaşacağıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 22-ci turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qalan 6 turda sonuncu pillədən qurtulacağınıza inanırsınız?
- Komandama inanıram. Sonuncu yeri tutmamaq üçün axıradək mübarizə aparacağıq. Bizdən qabaqda təkcə "Keşlə" deyil. 2 oyundan qalib ayrılsaq, son pillədən qurtula bilərik.
- Bəlkə reqlamentin dəyişəcəyinə ümid edirsiniz?
- Heç nəyə arxayın ola bilmərəm. Bunu siz məndən yaxşı bilirsiniz. Fikrimiz son pillədən qurtulmaqdır. Bunu zaman göstərəcək. Oyun baxımından sonuncu yerə layiq deyilik.
- "Keşlə"nin heyətində itkilərin çoxluğu bugünkü nəticədə nə dərəcədə rol oynadı?
- Bizdə də itkilər var idi. "Bico" yarımmüdafiədə sabit oynayan futbolçudur. Dedimar isə mövsümün ikinci yarısında az oynamışdı. Vinçester isə xoşuma gəlmədi. Bu da onun ayağında zədənin olması ilə bağlı idi. Ona bir qol lazımdır ki, özünəinamı artsın. Bugünkü oyuna isə zədəli çıxmışdı. Hücumçu qıtlığımız olduğundan, onu dəyişə bilmədik.
- Sizcə, Dario Frederiko özünü başqa komandalara göstərmək üçün oynamır?
- Oyunçu kiməsə özünü sübut etmək istəyirsə, bunu hər oyunda etməlidir. Heç bir baş məşqçi futbolçunu bir oyunluq götürmür. O, özünü hər oyunda göstərməlidir. Rəqib də bizi analiz edir. Darioya bir qədər geniş məkan versən, istədiyini edəcək. Bu gün ona geniş məkan verdilər. Nəticədə sürətindən istifadə edərək, rəqib futbolçuları aldatdı (report.az).
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı