"Qəbələ"nin baş meneceri Zaur Əzizov Kipr mətbuatında "Anortosis"də icarə əsasında çıxış edən Araz Abdullayevlə bağlı yayılan xəbərə münasibət bildirib.
Klub rəsmisi Qol.az-a açıqlamasında müqavilə ilə "qırmızı -qaralar"a məxsus olan 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfdən onlara hər hansı rəsmi təklif gəlmədiyini söyləyib: "Anortosis"lə bağlanmış icarə müqaviləsində belə bir bənd var ki, Kipr klubu mövsümün sonunda 150 min avro təzminat ödəyərək, Arazı birdəfəlik transfer edə bilər. Ancaq onlar hələlik belə təkliflə bizə müraciət etməyiblər".
Qeyd edək ki, Kiprin "Kerkida" nəşri "Anortosis" klubunun tələb olunan təzminat məbləğini yüksək hesab etdiyi üçün Araz Abdullayevi mövsümün sonunda "Qəbələ"yə qaytara biləcəyini yazıb.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video