Azərbaycanlı deputatlar turnirə qələbə ilə başladı

Azərbaycanlı deputatlar turnirə qələbə ilə başladı
GÜNDƏM 10 Mart 2018 / 14:26 3754
-  A +

Martın 9-da Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

Qol.az-ın Milli Məclisin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunu Milli Məclisin sədri Oqtay Əsədov, Sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər  rəsmi şəxslər  izləyiblər. Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.

Qarşılaşmadan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Bu oyunda Türkiyə təmsilçiləri 5:1 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.

Daha çox


Son xəbərlər