Millimizin məşqçisi oyununu izləməyə getdi - futbolçuya şans verilmədi

Millimizin məşqçisi oyununu izləməyə getdi -  futbolçuya şans verilmədi
GÜNDƏM 6 Mart 2018 / 21:25 6201
-  A +

Türkiyə birinci liqasında 26-cı turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, millimizin üzvü Ufuk Budakın çıxış etdiyi “Samsunspor” doğma meydanda “Elazığspor”la qarşılaşıb. Görüş “Samsunspor”un qələbəsi ilə başa çatıb - 2:0.

Ufuk bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, oyunu izləyənlər arasında millimizin məşqçisi Elçin Rəhmanov da olub. O, 27 yaşlı milliləşdirilmiş futbolçunun oyunun izləyib, onun hazırkı durumu barədə yığmamızın baş məşqçisi Qurban Qurbanova məlumat verməli idi. Lakin “Samsunspor”un məşqçilər korpusu Ufuka şans verməyib.

Daha çox


Son xəbərlər