“Qəbələ” şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və “Azersun Arena”nanın ot örtüyünə nəzarət edən ingiltərəli mütəxəssis Filip Şarplaz Topaz Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:2) sonra Qol.az-a müsahibə verib.
- Uzun müddətdir Azərbaycandasınız. Ölkəmizdə yaşamaq necədir? Darıxmırsınız?
- 2010-cu ildən Azərbaycandayam. Qəbələdə kompleksin tikintisinə, stadion və ot örtüklərinin salınmasına kömək etmişəm. 2012-ci ildə AFFA ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda keçirilən qadınlar arasında dünya çempionatının oyunları zamanı stadionların ot örtüyünə nəzarət etmək üçün Bakıya gəlmişdim. Deyə bilərəm ki, həm işimiz, həm də turnir uğurlu alınmışdı. 2013-cü ildə “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “Türk Telekom Arena”nın ot örtüyünü yaxşılaşdırmaq üçün İstanbula getdim. “Kasımpaşa” və “Trabzonspor” klubları ilə də əməkdaşlığımız olub. İstanbulda olarkən 2 azərbaycanlı mütəxəssisin böyük klubların bazasına gəlib həm işləməsini, həm də təcrübə keçməsini təşkil etmişəm. Özbəkistanın “Bunyadkor” klubunun yeni stadionunda da çalışmışam. 2014-cü ildə yenidən “Qəbələ”yə dəvət aldım. Azərbaycanda işləməkdən həzz aldığım üçün təklifi qəbul etdim. Həmin vaxtdan etibarən ölkənizdə fəaliyyət göstərirəm. Ümumilikdə 8 ildir İngiltərədən kənarda yaşayıram. Azərbaycanda isə 8-ci ilimdir. Açıq danışsaq, hə, Qəbələdə işləmək mənə darıxdırıcı gəlirdi. Çünki Londonda fərqli mühitdə böyümüşəm. Buna görə də ilk vaxtlar mənə çətin idi. Amma bir söz var ki, həyat etdiklərindən ibarətdir. Mən də burada ən yaxşısını bacardım və bundan həzz alıram. Qəbələ Azərbaycanın ən gözəl guşələrindən biridir. Amma hazırda Bakıda yaşayıram. Həyat mənim üçün daha maraqlıdır. Bakı avropalaşmış şəhərdir. Böyük ticarət mərkəzləri və xeyli əyləncə məkanları var. Bakıda yaşamaq xoşuma gəlir.
- Azərbaycanda ot örtüyünə qulluq etmək, onu qoruyub-saxlamaq asandır, yoxsa çətin?
- Azərbaycanda çox mürəkkəb iqlim şəraiti var. Yayı isti, qışı isə soyuq keçir. Bu, işimizi daha da çətinləşdirir. Qəbələdə isə ot örtüyünə qulluq etmək olduqca çətindir. Qış fəslində burada hava uzun müddət soyuq olur. Örtüyü yaxşı və oyunlara hazır vəziyyətdə saxlamaq üçün daha çox bacarıq və bilik tələb olunur. Bəzi insanlar bunu başa düşmürlər. Düşünürlər ki, asan işdir. Amma elə deyil. Əslində biz işimizi elə görürük ki, ot örtüyü yaxşı vəziyyətdə olur. Yəni, bu işi biz asanlaşdırırıq.
- Maraqlıdır, bunu necə bacarırsınız?
- Ot örtüyünü ideal vəziyyətdə saxlamaq ancaq yaxşı bilik və nəzarətlə mümkündür. Bunun üçün isə illərin təcrübəsi lazımdır
- Azərbaycanda “Qəbələ”dən başqa, daha hansı stadionların ot örtüklərinə nəzarət edirsiniz?
- Suraxanıda yerləşən “Azərsun Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun da ot örtüyünə nəzarət edirəm. “Azərsun Arena”nın ot örtüyünü bir az daha yaxşılaşdırmaq istəyirik. Bilirsiniz ki, əvvəllər yaxşı vəziyyətdə deyildi. 2016-cı ilin oktyabrından etibarən isə mərkəzi arenanın örtüyünə nəzarət edirəm. Bilirsiniz ki, orada daim problem olurdu. Klub da bunun kökündən həll etmək üçün məni dəvət etdi. Ötən il Azərbaycanda yay həddindən artıq isti keçsə də, stadion avrokubok oyunları zamanı istifadə olundu və hamı razı qaldı.
- Qəbələdə ot örtüyünü qoruyub-saxlamaq asandır, yoxsa Bakıda?
- Bütün örtüklər tam qulluq tələb edir. Amma hamısına eyni cür yanaşmaq olmaz. Bu işlərlə təcrübəli mütəxəssislər məşğul olmalıdır. Əgər örtük pis vəziyyətə düşürsə, deməli, nəsə səhv gedir. Biz hazırkı durumu daha da yaxşılaşdırmağa çalışırıq. Bakıda havanın çox isti və rütubətli olması işimizi çətinləşdirir. Temperatur 35 dərəcədən yuxarı olduqda ot ölmək istəyir. Onları canlı saxlamaq asan deyil. Biz burada inkişafa nail oluruq. Azərbaycan Bakıda Almaniya ilə oynayanda, rəqib komandanın baş məşqçisi bildirdi ki, Tofiq Bəhramov stadionunun ot örtüyü Avropada ən yaxşıdır. Bu, işimizi necə inkişaf etdirdiyimizi göstərir. Problem hər zaman olur. Amma biz Azərbaycanda böyük uğura nail olmuşuq.
- Bu il qış çox mülayim keçdi. Yəqin ki, bu, sizin işinizə də müsbət təsir etdi…
- Hə, bu qış həqiqətən çox yaxşı keçdi. Deyərdim ki, son illərin ən mülayim qışıdır. Bu fəslin belə mülayim keçməsi meydançalar üçün faydalıdır. Ot örtüyündə problem ya istiyə, ya da soyuğa görə olur. Ona görə də meydançalar ilin istənilən vaxtı daim qulluq tələb edir. Hətta yaz və payız fəslində elə xəstəliklər üzə çıxır ki, qısa zamanda ot örtüyünü öldürür. Bunun özü də bir başqa problemdir.
- Qarşıda nə kimi yeniliklər gözlənilir? Bir az da bu barədə məlumat verərdiniz…
- Bu ilin yanvarından etibarən ot örtüklərinə nəzarət üzrə şirkətin direktoru vəzifəsində çalışıram. “Qəbələ” və “Qarabağ” klublarında ot örtüyünə qulluq üçün məsləhətçi işləyirəm. Bakıda “Qəbələ” üçün yeni akademiya tikəcəyik. Bilirsiniz ki, 2020-ci ildə Polo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Dünyanın bir çox media orqanları və televiziya kanalları burada olacaq. Bu səbəbdən Qəbələdə polo meydançası salınacaq. Atların üzərində oynayacağı örtük yüksək səviyyədə olmalıdır. Bütün bu işlərə mən nəzarət edəcəm və öz məsləhətələrimi verəcəm.
Bundan başqa, mən yaxınlarda peşəkar kurslar təşkil etmişdim. Orada azərbaycanlı mütəxəssislərə ot örtüyünə qulluq və yaxşı nəticə əldə etməyin yollarından danışdım. Hazırda “Qarabağ” klubunun mütəxəssisləri kurslarda iştirak edir. Biz peşəkar üsullardan istifadə edirik və ən yüksək standartları öyrədirik.
Elnur SALAHOV
Qəbələ
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi
Favre məşqçilik karyerasını başa vurdu
PSJ-nin rəqibi müəyyənləşdi
Afrika Millətlər Kuboku başladı
"Bavariya"nın qol şousu - Video
Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib
"Qalatasaray"dan böyükhesablı qələbə
"Barselona"dan səfər qələbəsi - Video
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi