"Mançester Yunayted" İbrahimoviçlə yolları ayırır

"Mançester Yunayted" İbrahimoviçlə yolları ayırır
GÜNDƏM 3 Mart 2018 / 10:12 4214
-  A +

"Mançester Yunayted" bu mövsümün sonu futbolçusu Zlatan İbrahimoviçlə yolları ayıracaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo məlumat verib: "Zlatanın "Mançester Yunayted"dəki son mövsümüdür. Futbolçu karyerasını davam etdirib-etdirməyəcəyinə özü qərar verəcək".

Portuqaliyalı mütəxəssis bildirib ki, isveçli hücumçu xüsusi oyunçudur: "Onun pis zədələnməsi bizimlə yaxşı mövsüm keçirməsinə mane oldu. Zlatanın möhtəşəm karyerası var. O, futbol karyerasının davam etdirməyə layiqdir".

Qeyd edək ki, Z.İbrahioviç bu mövsüm zədə səbəbindən ölkə çempionatnda cəmi 5 matçda oynayıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner