Avstriyanın üçüncü Liqasında çıxış edən "Qarabağ Vyana" futbol klubunun geniş yığıncağı keçirilib.
Qol.az-ın məlumatına görə, hesabat xarakterli sayca üçüncü dəfə təşkil olunan tədbiri klubun avstriyalı vitse-prezidenti Manfred Modli açıb.
Əvvəllər Avstriya hökuməti şurasının məsləhətçisi olmuş, "Bavag Bank"da uzun müddət idarə heyətində icraçı direktor vəzifələrində çalışmış, hazırda isə
Avstriya Kanoe Federasiyanın prezidenti olan Manfred Modli çıxışında Qarabağın Azərbaycan dilində mənasından, ölkə üçün əhəmiyyətindən, klubun adı və tarixindən danışıb. O bildirib ki, Qarabağ tarixən Azərbaycanın önəmli bir regionu olub və ölkə tarixi, mədəniyyəti, incəsənətində xüsusi əhəmiyyət kəsb edib.
"Qarabağ Vyana"nın prezidenti Orxan Vəliyev klub qurulan gündən bu vaxta kimi qarşıya qoyulan hədəflərdən və həyata keçirilən uğurlardan bəhs edib. O həmçinin cari ildə klubun hədəflərindən, infrastrukturundan da söz açıb.
Klubun baş meneceri Ramin Şükürov isə İdarə Heyətinin gedişatdan razı olduğunu söyləyib. O, çıxışında klubun effektiv idarəçiliyinin inkişaf mexanizmi, müddəti, problemləri və onların həlli yollarından bəhs edib, idarəçilik, klubun spesifik sahələrdə irəliləyişi, layihələr və infrastruktur barədə danışıb.
"Qarabağ Vyana"nın marketinq meneceri İvonne Tonhofer, baş məşqçi Volkan Kahraman, akademiyanın futbol məktəbinin direktoru Mehmet Demir də tədbirdə çıxış ediblər.
Toplantıda hər il "Qarabağ Vyana" futbol klubunun hesabat xarakterli böyük iclasının keçirilməsi qərara alınıb (report.az).
Yuxarı
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord