“Maraqlı oyun keçdi. Derbi idi. Çempionluğa oynayan 2 komanda üz-üzə gəlmişdi. Bu matçda məğlub olmamaq vacib idi. Qələbə qazanmaq istəyirdik. Bu qədər qol imkanlarından istifadə edə bilmədiksə, düşünürəm ki, heç-heçə də pis nəticə deyil”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ" ilə qolsuz bərabərə qaldıqları oyundan (0:0) sonra jurnalistlərə deyib.
O, komandadan yeni ayrılan Dino Ndlovunun yoxluğunu hiss etmədiklərini bildirib:
“Dino Ndlovu 1 il bizim komandada oynayanda hücum xəttinə görə ancaq tənqid olunmuşduq. Yeni hücumçuya ehtiyac olduğu deyilirdi. O vaxt da demişdik, bu gün də deyirik ki, yeni hücumçuya ehtiyacımız yoxdur. Sabah Mahir Mədətov da, Pedro Enrike də getsə, 11 nəfər meydana çıxacağıq. Bu, “Qarabağ”dır. Komanda şəxslər üzərində qurulmur. Bu klubdan Reynaldo və başqa futbolçular gedib, ancaq komanda öz sabitliyini qoruya bilib. Bu gün Mahir də, Pedro da çox yaxşı oynadı. Onların əziyyətini yerə vurmaq olmaz. Bu fikirlə razılaşmıram. O qədər olub ki, Dino bir çox qol epizodundan istifadə edə bilməyib".
R.Sadıqov rəqib komandanın qapıçısı Dmitri Bezotosnının çox yaxşı oynadığını vurğulayıb: "O, keçilməz idi. Elə toplar çıxardı, elə seyvlər etdi ki... Komandamızın isə bu qədər yaxşı oynayacağını gözləmirdim".
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri