"Səbail"in yeni transferi Nikoloz Apakidze Qol.az-a müsahibə verib. Topaz Premyer Liqasının debütantına keçidindən danışan gürcü futbolçu Azərbaycan futbolunu izlədiyini bildirib.
- Əvvəlcə "Səbail"ə necə keçməyinizdən başlayaq...
- Gürcüstanda Adil Mahmudov adlı azərbaycanlı məşqçi işləyir. Məni "Səbail"ə o məsləhət görüb.
- Adil Mahmudov sizi hardan tanıyır?
- O, Gürcüstanın 3-cü liqasında mübarizə aparan "Qardabani" klubunda işləyir. Mənim çıxış etdiyim "Rustavi"nin bazası isə həmin komandanın düşərgəsindən elə də uzaq deyil. Adil Mahmudov bizim oyuna gəlmişdi. Çıxışımı görəndən sonra mənə Azərbaycandan belə bir variant olduğunu söylədi.
- Sizə "Səbail" variantı təklif olunanda nə cavab verdiniz? Təklifi qəbul etmək üçün çox fikirləşdiniz?
- Əvvəlcə internetdən komanda barəsində məlumat topladım. Daha sonra isə "Səbail"də çıxış edən Tamazi Tsetsxladze məsləhətləşdim. O da müsbət fikirlər səsləndirdi. Ümumilikdə, bu kluba keçmək üçün çox düşünmədim. Çünki sizin Premyer Liqanız Gürcüstan çempionatından güclüdür.
- Buna qədər futbolumuz haqda nəsə bilirdiniz?
- Əlbəttə, çox şey bilirdim. Hətta dostum Nika Kvekveskiri burada çıxış edəndə çempionat oyunlarını izləyirdim. "Səbail" haqda isə elə də çox məlumatım yox idi. Çünki yeni yaranmış komandadır. Sadəcə, Premyer Liqada bu adda klub olduğunu bilirdim.
- "Səbail"lə dünən rəsmi müqavilə bağlamısınız. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Komandanın yeni bazası və futbol haqda düşünmək üçün yaxşı şəraiti var. Məşqçilər korpusu da yaxşıdır. Ən əsası isə komanda gənc və təcrübəli futbolçulardan təşkil olunub.
- İndiyə kimi Gürcüstanda “Zuqdidi”, "Rustavi" və Litvada “Trakai” klublarının şərəfini qorumusunuz. Azərbaycan karyeranızda yeni səhifə olacaq...
- Bəli, bu, karyeramda yeni mərhələdir. Azərbaycanda Çempionlar Liqası təcrübəsi olan "Qarabağ", Avroliqada qrup mərhələsində çıxış etmiş "Qəbələ" və “Neftçi” kimi klublara qarşı oynayacam. Futbolçu bu cür komandalarla oyunlarda inkişaf edir.
- "Səbail" çempionatda fasilədən sonra ilk oyununu fevralın 11-də "Keşlə"yə qarşı keçirəcək. Həmin oyunda meydana çıxmağınız gözlənilir?
- Mən bu haqda heç nə deyə bilmərəm. Belə şeylərə baş məşqçi qərar verir. "Səbail"də bütün mövqelərdə rəqabət var. Ona görə də əvvəldən nəsə demək çətindir.
- Bəs, siz özünüz necə, oynamağa hazırsınız?
- Əlbəttə, hazıram. Baş məşqçi şans versə, meydana çıxıb mübarizə aparacam.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi