Bu yaxınlarda Kosovonun “Drita” klubuna transfer olan Amit Quluzadə Qol.az-a müsahibə verib. Keçidin necə baş tutmasında danışan futbolçu oradakı vəziyyətindən də söz açıb.
- “Drita” klubuna transferin necə baş tutdu?
- Yunanıstanda idim. “Kerkira” klubuna keçmək variantım var idi. Onlardan başqa, daha 2 yunan klubu mənimlə maraqlanırdı. Bizi danışığa çağırmışdılar. Amma heç də hər şey ürəyimizcə getmirdi. Az məvacib qarşılığında müqavilə təklif edirdilər. Ona görə də “Kerkira”nı gözləmək məcburiyyətində idim. Ofisdə oturmuşduq. Telefonuma tanımadığım nömrədən mesaj gəldi. Oxuyanda bildim ki, Kosovo klubunun rəsmilərindəndir. Mənimlə danışıq aparmaq istədiklərini yazmışdılar. Sonra yenidən mənimlə əlaqə saxladılar. Menecerimlə bütün detalları ətraflı danışdıqdan sonra bizi Kosovoya dəvət etdilər. Biz də getdik, müqavilə imzaladıq.
- Maraqlıdır, səni necə tapıblar? Bu barədə onlardan nəsə soruşdun?
- Düzü, mənim özümə də maraqlı idi ki, necə tapıblar. Soruşdum, mənə belə bir cavab verdilər ki, Yunanıstanda oynayanda kluba yaxın menecerlərdən biri oyunumu iləyib. Məni də "Drita"ya o məsləhət görüb. Onlar da oyunlarımı izlədikdən sonra mənimlə əlaqə saxlayıblar.
- Bilirsən ki, Azərbaycan Kosovonun müstəqilliyini dövlət səviyyəsində tanımır. Bu mənada, qərar verərkən tərəddüd etdin?
- Bunu mən də bilirdim. Transfer söhbəti çıxandan sonra maraqlanmışdım. Amma məsələni həm klub, həm də mən araşdırdıqdan sonra gördük ki, keçidin baş tutmasında heç bir problem yoxdur. Ona görə də gəldim və müqavilə bağladım. Hazırda da Kosovodayam.
- Yəqin ki, artıq komanda ilə tanış olmusan. Şəraiti necədir?
- Bir həftədir burdayam. Kosovoya gələn kimi klub rəhbərliyi məni evlə təmin etdi. Evin şəraiti yaxşıdır. Oynayacağımız stadion normal vəziyyətdədir. Super deyil, amma pis də deyil. Hər şey qaydasındadır.
- Bəs çempionatları hansı səviyyədədir. Bizim Premyer Liqadan nə ilə fərqlənir?
- Komandanın oyunlarına hələ ki, internetdən baxa bilmişəm. Onu deyim ki, azarkeşləri möhtəşəmdir. Onların əlindən şəhərə çıxmaq olmur. Hərə bir tərəfə dəvət edir. Adam həqiqətən də utanır. Amma hələlik rəsmi oyun olmadığından müqayisə aparmaq olmur. Çempionat başlayandan sonra bu barədə fikir bildirmək olar.
- Çempionat nə zaman start götürəcək?
- Hələlik qış fasiləsidir. Fevralın 11-də kubok oyunumuz var. Ondan sonra isə çempionat başlayır.
- Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən biri də Kosovo millisidir. Klubda bu barədə nəsə danışırlar? Ümumiyyətlə, püşkü necə dəyərləndirirlər?
- Hamı burda mənə deyir ki, bir qrupdayıq. Onlar da iddialıdırlar. Məncə, qrupun əsas favoritləri də bu iki komandadır. Azərbaycan və Kosovo arasındakı oyunlarda böyük gərginlik olacaq. Onların futbolçularının əksəriyyəti xarici klublarda çıxış edirlər. Millimiz üçün asan komanda deyil. Fikrimcə, şanslar bərabərdir.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı