Makedoniya millisinin üzvü "Zirə"də

Makedoniya millisinin üzvü "Zirə"də
GÜNDƏM 7 Fevral 2018 / 12:54 3999
-  A +

"Zirə" heyətinə daha bir futbolçu cəlb edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumatına görə, Çexiyanın "Bohemians" klubunun futbolçusu Yani Urdinov tibbi müayinədən keçmək üçün Bakıya gəlib.

Makedoniya millisinin üzvü olan 26 yaşlı müdafiəçi tibbi müayinədən uğurla keçsə, onunla 6 aylıq icarə müqaviləsi bağlanacaq.

Qeyd edək ki, Yani Urdinov karyerası ərzində Makedoniyanın "Rabotniçki", "Şkendiya", Albaniyanın "Flamurtari", Hollandiyanın "Roda", Litvanın "Ekranas", Bosniya və Herseqovinanın "Jelezniçar", Polşanın "Vizdev" və Çexiyanın "Vısoçina" klublarında da çıxış edib.

Daha çox


Son xəbərlər