Portuqaliya ilə oyundan sonra millimizin hücumçusu Bolinya AFF-nin mətbuat xidmətinə müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir:
- Start əla alındı, amma yekun üzücü oldu. Niyə?
- Bəli, yaxşı başladıq, erkən qol vurduq. Hesab 1:0 olanda hər şey əla idi. Amma üstünlüyümüzü çox saxlaya bilmədik, qollar buraxdıq. Futbolda hesablaşmalı olduğun məqamlar da var. Biz müdafiədə səhvlərə yol verdik, onlar isə əks-hücumlarda yaxşı oynadılar, sanki hər yaxaladıqları fürsəti dəqiq tamamlamağı bacardılar.
- İspaniya ilə oyundan sonra bu dəfə daha yaxşı oynayacağınızı gözləyirdik...
- Həmin qarşılaşmada çox güc sərf etdik və təsirini bu matçda gördük. Az da olsa, yorğun idik. Ancaq onlar da bizim kimi ardıcıl iki oyun keçirdilər. Ona görə də bəraət axtarmamalıyıq. Sadəcə, rəqib hər imkandan istifadə etdi.
- Birinci oyunda 3 qol vurdun. Amma nə İspaniya, nə də Portuqaliya ilə oyunlarda qapıya düşə bilmədin.
- İspaniya ilə oyunda demək olar, şansım olmadı. Ancaq bu gün 2-3 epizodda “çərçivə”yə düşə bilərdim. Hətta zərbə də endirdim. Lakin rəqib qapıçı uğurlu oynadı. Əlbəttə, fərqlənə və komandama kömək edə bilmədiyimə görə üzgünəm.
- Ümumi çempionatla bağlı təəssüratın necədi?
- İştirakçı komandaların səviyyəsi bir-birinə çox yaxındı. İndi zəif komanda yoxdu. Təbii ki, bu nəticəyə görə məyusam. Çox pis hesabla buranı tərk edirik. Böyükhesablı nəticə ilə uduzmaq bizə yaraşmadı. Soyuqbaşla düşünəcəyik. Səhvlərimizi analiz edib, növbəti yarışlar üçün nəticə çıxarmalıyıq.
- Millimiz üçün 1/4 finalda oynamağı uğur sayırsanmı?
- Xeyr, biz bura gələrkən yarımfinalda oynayacağımızı düşünürdük. Çempionata yaxşı başladıq, İspanlara qarşı da pis oynamadıq. Ancaq bu gün Portuqaliya çox yaxşı çıxış etdi. Xüsusilə də yaxaladıqları hər epizodu qol çevirməklə oyunun taleyini həll etdilər.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı