Millimizdən Avropa çempionatına biabırçı vida

Millimizdən Avropa çempionatına biabırçı vida
GÜNDƏM 6 Fevral 2018 / 22:22 12826
-  A +

Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final görüşləri davam edir.

Qol.az-ın məlumatına görə, bu gün Azərbaycan millisi də yarımfinal uğrunda mübarizə aparıb.
 
Yığmamız 1/4 finalda Portuqaliya ilə qarşıalşıb. Görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 1:8. 

Bununla da Joze Alesionun rəhbərlik etdiyi komandamız Avropa çempionatı ilə vidalaşıb.

Maraqlıdır ki, son dünya çempionatında da millimizi 1/4 finalda Portuqaliya mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.



Avropa çempionatı

1/4 final

6 fevral

21:00. Portuqaliya - Azərbaycan - 8:1
Qollar:
Everton Kardoso, 1 (0:1), Pedro Kari, 3 (1:1), 5 (2:1), Pani, 9 (3:1), Rikardinyo, 11 (4:1), 20 (5:1), Bruno  Koelyo, 24 (6:1), Rikardinyo, 25 (7:1), 31 (8:1)
Hakimlər: Andrey Çerni (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)
Lyublyana. “Arena Stozice”

Daha çox


Son xəbərlər