Avstriyanın 3-cü liqasında mübarizə aparan “Qarabağ Vyana” klubunun transfer məsələləri və aşağı yaş qrupları üzrə komandaların məsul şəxslərindən olan Murat Saffin Qol.az-a müsahibə verib.
- “Qarabağ Vyana” necə yarandı?
- Bu komandanın əsası 2008-ci ildə qoyulub. Klubun prezidenti Orxan Vəliyev, baş meneceri Ramin Şükürov, maliyyə meneceri isə Sənan Əhmədzadədir. Yarandığı ildən bu yana hər mövsüm çempion olaraq, növbəti diviziona yüksələn “Qarabağ Vyana” hazırda 3-cü liqada mübarizə aparır.
- Əsas hədəfləriniz nədən ibarətdir?
- Klubu gücümüz çatan qədər daha yuxarılara qaldırmaq istəyirik. Aşağı yaş qruplarımız 3 ildir fəaliyyət göstərir. Bu mövsüm üçün əsas hədəfimiz 2-ci liqaya çıxmaqdır. Daha sonra orada möhkəmlənib, Premyer Liqaya yüksəlmək niyyətindəyik.
- Komandanın adını niyə məhz “Qarabağ” qoymusunuz? Bunun tarixçəsini açıqlaya bilərsiniz?
- Yaxşısı budur, siz bunu klub prezidentindən soruşun.
- Ümumiyyətlə, klubun adının “Qarabağ” olması siyasi məna da daşıyır?
- Yox, bizim siyasi olaraq heç nə ilə bir bağlılığımız yoxdur. Bunu əslində klub prezidentindən soruşsanız, o, sizə daha yaxşı izah edər. Əsas məqsədimiz uğur qazanmaq, istedadlı gəncləri futbola qazandırmaqdır.
- Avstriyada “Qarabağ” adlı futbol klubu yaratmaq ideyası ortaya çıxanda bu məsələ ölkədə necə qarşılandı?
- Heç bir etiraz olmadı. Ümumiyyətlə, Avstriyada “Qalatasaray Vyana”, “Beşiktaş Vyana”, “Trabzonspor Vyana” kimi komandalar var. Ona görə də qarşımıza heç bir əngəl çıxmadı.
- Bu komanda həm də Vyananı təmsil edir. “Qarabağ Vyana” paytaxtda nə dərəcədə tanınır?
- 3-cü liqaya çıxdıqdan sonra Vyanada bizi daha yaxşı tanıyırlar. Bundan sonra 2-ci liqaya vəsiqə qazanıb, adımızdan daha çox söz etdirmək istəyirik.
- “Austriya”, “Rapid” daha məşhur klublardır. Maddi imkanlarınız həmin klubların səviyyəsinə çatmağa imkan verirmi?
- Bizə həm klub prezidenti pul ayırır, həm də sponsorluq müqavilələrindən gəlir götürürük. Düşünürəm ki, gələcəkdə “Rapid”, “Austriya” kimi klubların səviyyəsinə çata bilərik.
- “Qarabağ Vyana” ilə Azərbaycanın birinci divizionunda çıxış edən “Xəzər” klubunun sponsorlarının eyni olduğu söylənilir...
- Bunu mən tam olaraq bilmirəm. Prezidentlər bir-birilərini tanıyırlar.
- Azərbaycanda da bir “Qarabağ” klubu var...
- Onlarla bir bağlılığımız yoxdur. Amma adlarımız eyni olduğundan, onları qardaşlarımız kimi görürük. Uğurlarını izləyirik və çox sevinirik.
- Komandanızda 2 azərbaycanlı futbolçu – Elvin Bədəlov və Dmitri Nağıyev çıxış edir. Gələcəkdə onların sayı arta bilərmi? Marqlandığınız başqa azərbaycanlı oyunçular var?
- Əlbəttə, maraqlandığımız futbolçular var. Gələcəkdə də bizdə azərbaycanlı uşaqlar oynayacaqlar. Yaxşı oyunçudursa, baş məşqçimiz də bəyənərsə, niyə də olmasın? Hazırda heyətimizdə 2 rus, 2 azərbaycanlı, 1 hollandiyalı futbolçu var. Onlardan başqa, komandada türk və avstriya əsilli oyunçular da çıxış edir.
- Bədəlovla Nağıyevin çıxışından razısınızmı?
- Bizim üçün ən önəmli şey onların xarakterli insan olmalarıdır. Bundan sonra futbol bilgilərinə fikir veririk. Hələlik komandamızda 2 azərbaycanlı futbolçu var. Ümid edirəm ki, 3, 4, 5 nəfər olarlar.
- Qış fasiləsində Nemanya Stoyanoviç “Qarabağ Vyana”dan “Keşlə”yə transfer oldu. Bu barədə nə bilirsiniz?
- Hələlik Vyanada yaşamaq üçün icazəsi olmadığından, onu “Keşlə”yə baxışa göndərdik. 10 gündən sonra qarşı tərəfdən müsbət cavab aldıq. Baş məşqçinin Stoyanoviçin oyununu bəyəndiyi və komandada saxlamaq istədiyini bildirdilər. Biz də onu “Keşlə”yə icarəyə verdik. Amma yayda komandaya qayıdacaq. Gələcəkdə də Azərbaycan klubları ilə oyunçu mübadiləsi edib, bir-birimizə dəstək olmaq istəyirik.
Elnur SALAHOV
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi
Favre məşqçilik karyerasını başa vurdu
PSJ-nin rəqibi müəyyənləşdi
Afrika Millətlər Kuboku başladı
"Bavariya"nın qol şousu - Video
Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib
"Qalatasaray"dan böyükhesablı qələbə
"Barselona"dan səfər qələbəsi - Video
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi