"Səbail"in qapıçısı Emil Balayev Qol.az saytına müsahibə verib. Gənc qolkiper əvvəlcə Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib.
- Hazırlıq prosesi yüksək səviyyədə keçdi. Qarşıda bizi çempionatın 3-cü və 4-cü dövrələri gözləyir. Komanda mövsümün ikinci yarısına hazır olmaq üçün Antalyada daha çox fiziki və taktiki-texniki hazırlıq keçdi. Hətta son yoxlama oyunumuzda da göründü ki, komandada fiziki gərginlik var. Təlim-məşq toplanışının sonunda müəyyən qədər yorğunluq olması normaldır. Bu, ağır fiziki yüklənmənin nəticəsidir. İnanıram ki, Bakıda fiziki yorğunluğa aradan qaldıracağıq.
- Komandanızı çempionata tam hazır sayırsan?
- Məncə, hə.
- “Keşlə”, “Kəpəz” və “Neftçi” heyətini legioner futbolçularla gücləndirib. Səncə, “Səbail”in qış transferləri əsas rəqiblərinizlə mübarizə üçün yetərli olacaq?
- Bu, məşqçilərin, rəhbərliyin işidir. Onların qərarlarına hörmətlə yanaşırıq. Bizim də yeni oyunçularımız var. Düşünürəm ki, onlar da özlərinə görə komandaya xeyir verəcəklər. Çempionatın 2-ci yarısında gərgin mübarizə şəraitində keçən oyunlar olacaq.
- Yeni transferlərinizdən Yevgeni Koçuk Slovakiyanın “Seniça” klubu ilə yoxlama oyununda 2 qol vurdu. Deyəsən, komandaya tez uyğunlaşdı...
- Onun haqqında təkcə mən yox, bütün komanda müsbət fikirdədir. Bildiyiniz kimi, “Jilina”dan icarə əsasında gəlib. Hiss olunur ki, yaxşı futbolçudur.
- Mövzunu dəyişək. Milli komandaya dəvət gözləyirdinmi?
- Milli komandanın şərəfini qorumaq hər futbolçu üçün önəmlidir. Hər bir oyunçu yığmaya çağırılan futbolçuların siyahısında öz adını görmək istəyir və dəvət gözləyir. Amma çağırılmamışamsa, bu, məşqçilərin qərarıdır. Əlimdən gələni etməliyəm ki, növbəti dəfə dəvət göndərsinlər. Bəlkə də layiq olmadığım üçün çağırmayıblar.
- Tək Azərbaycan yox, dünya təcrübəsi də göstərir ki, milliyə daha çox iddialı klubların üzvləri dəvət alırlar. Bu mənada , “Səbail”dən yığmaya düşmək sənin üçün çətin olmayacaq?
- Ola bilər ki, başqa ölkələrdə TOP-klublardan milliyə futbolçular çağırılır. Mən fikirləşirəm ki, əsas klub deyil, futbolçunun meydanda göstərdiyi oyundur. Futbolçu klubun adı ilə yox, öz oyunu ilə yığmaya dəvət qazana bilər.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı