"Neftçi"də iki yeni futbolçu

"Neftçi"də iki yeni futbolçu
GÜNDƏM 29 Yanvar 2018 / 14:03 8579
-  A +

“Neftçi”  heyətinə yeni futbolçular cəlb edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, argentinalı hücumçu Lukas Emanuel Qomez və kolumbiyalı yarımmüdafiəçi Mayk Kempas bu gün tibbi baxışdan keçiblər.

Tibbi müayinədən uğurla keçən futbolçularla bu gün və ya sabah müqavilə imzalanacaq.

Qeyd edək ki, 30 yaşlı Lukas son olaraq Venesuelanın “Deportivo Lara”, onunla həmyaşıd Kempas isə Kosta Rikanın UKP klubunda çıxış edib.

Daha çox


Son xəbərlər