"Qarabağ"ın sabahkı oyunlarının saatı açıqlandı

"Qarabağ"ın sabahkı oyunlarının saatı açıqlandı
GÜNDƏM 24 Yanvar 2018 / 12:50 3204
-  A +

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ"  sabah iki yoxlama oyunu keçirəcək.
 
Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə 16:00-da Makedoniyanın "Şkupi", ikinci matçda isə saat 18:30-da Ukraynanın "Mariupol" komandas ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1  hesablı heç-heçə edən Qurban Qurbanovun komandası  yanvarın 25-də "Şkupi" (Makedoniya) və "Mariopul" (Ukrayna), 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.

Daha çox


Son xəbərlər