Birinci divizionda mübarizə aparan “Sabah” klubunun baş məşqçisi Arif Əsədov Qol.az saytına müsahibə verib. Komandasının “Qaradağ-Lökbatan”la yoxlama oyunundakı çıxışını dəyərləndirən mütəxəssis vaxtı ilə çalışdırdığı “Neftçi”nin dünən Rusiyanın “Ska-Xabarovsk” klubuna 1:8 hesablı məğlubiyyətini də şərh edib.
- Yoxlama oyununda “Qaradağ-Lökbatan”a 1:2 hesabı ilə uduzdunuz. Əvvəlcə həmin qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdim...
- Bu, bizim artıq 3-cü yoxlama oyunumuz idi. Hazırlığın ikinci mərhələsinə qədəm qoymuşuq. Ayın 19-dan 28-nə kimi olan mərhələnin ilk 3 günündə əsasən fiziki yüklənmələrə yönəlmiş məşqlər edir, bəzi taktiki gedişlərində də üzərində işləyirdik. Oyuna gəldikdə, tam razı qalmasam da, 60-70 faiz istədiyimizi ala bildik. Uduzmağımıza baxmayaraq, oyunun gedişatı məni qane etdi. İlk 20-25 dəqiqəni çıxmaq şərtilə, komanda yaxşı təsir bağışladı. Rəqib birinci divizionun lideridir. Ona görə də bizim üçün yaxşı sınaq oldu.
- Türkiyədə təlim-məşq toplanışınız nəzərdə tutulmuşdu. Niyə alınmadı?
- Biz Türkiyə toplanışı planlaşdırmamışdıq. Bu söhbətin hardan çıxdığını bilmirəm. Seleksiya xarakterli birinci mərhələ Bakıda, ikinci mərhələ isə “Əlincə” stadionunda olmalı idi. Hazırda da təlim-məşq toplanışı plan üzrə gedir. Sadəcə, ehtiyac duyularsa, 3-cü mərhələ Türkiyədə ola bilərdi. Amma 100 faizlik bir şey yox idi.
- Artıq bir müddətdir, birinci divizionda işləyirsiniz. Ümumiyyətlə, Premyer Liqadan sonra aşağı dəstədə çalışmaq necədir?
- Bura gözlədiyimdən də maraqlıdır. Divizionda daha çox iş var. Bir məşqçi nəyisə sıfırdan etmək istəyirsə, aşağı dəstə onun inkişafı üçün vacib yerdir. Bilirsiniz ki, “Sabah” yeni yaranmış komandadır. Hər şeyə sıfırdan başlamışıq. Özüm də belə şeyləri xoşladığım üçün divizionda işləmək mənə maraqlı gəlir.
- “Sabah”ın hədəfləri nədən ibarətdir?
- “Sabah”ın yaradılması 3 illik layihədir. İlk ildə komandanın formalaşdırılması nəzərdə tutulub. Amma seçimlərimizin yaxşı olmaması birinci dövrədə nəticələrimizə təsir göstərdi. Hazırda komandanı gücləndirməyə çalışırıq ki, mərhələli şəkildə məqsədə çataq.
- Dünən sabiq komandanız “Neftçi” yoxlama oyununda Rusiya çempionatının autsayderlərindən “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzdu...
- Oyunu izləyə bilmədim. Çünki həmin vaxt özümüz yoxlama matçı keçirirdik. Sadəcə, nəticəni gördüm.
- Nəticəni görəndə hansı hissləri keçirdiniz?
- Əlbəttə, yaxşı nəticə deyil. Amma nəzərə alaq ki, bu hazırlıq oyunudur. Belə matçların öz məqsədi var. Baş məşqçi komandadakı boşluqları görməyə çalışır. Komandanın içində olmadığım üçün nəyisə detallarla deyə bilmirəm. Nəticə baxımından uğursuz olsa da, yoldaşlıq oyunudur. Buna ən yaxşı komandanın baş məşqçisi özü şərh verə bilər. Biz isə sadəcə kənardan izləyirik.
- “Neftçi”nin son illərdəki uğursuzluğunun səbəbini nədə görürsünüz?
- Bu haqda çox danışılıb. Təkrarlamaq istəməzdim. Gəlin pozitiv danışaq ki, o uğursuzluqlar arxada qalsın və daha uğurlu qrafik cızsın ki, yenidən əvvəlki “Neftçi” qayıtsın.
- “Neftçi” çempionatda istədiyi yerdə olmasa da, ölkə kubokunda yarımfinaldadır. Komandanın kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, həmin uğurlu yollardan biri elə kubokun yarımfinalına çıxmalarıdır. Kuboku qazana biləcəklərinə şübhəm yoxdur. Çünki 4 komandanın içində potensiallılardan biri də “Neftçi”dir. Kuboku qazandıqdan sonra əvvəlki ab-havanı qaytara bilər. Yəni, şansı var.
Elnur SALAHOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi