“Çox maraqlı oyun alındı. Çempionlar Liqasının iştirakçısı ilə oynadığımız üçün şanslıyıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la yoxlama oyunundan sonra “Kuban”ın baş məşqçisi Yevgeni Kaleşin deyib. Klubun rəsmi televiziyasına danışan 39 yaşlı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
“Təbii ki, az da olsa, fərq hiss olunurdu. İlk hissədə “Qarabağ” daha sürətli və yüksək səviyyəli oyun sərgilədi. İkinci hissədə isə hər iki komanda heyətdə müəyyən dəyişikliklər etdi. Nəticədə açıq futbol getdi. Penaltidən, eyni zamanda cərimə zərbəsindən baxımlı qollar vurduq. Təəssüf ki, müdafiədə səhv edib, rəqibin fərqlənməsinə şərait yaratdıq. Hər iki hissəni nəzərə alsaq, nəticəni ədalətli hesab etmək olar. Futbolçularımız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildilər. Komanda şəklində oynadılar və rəqibin qapımız qarşısında ciddi təhlükələr yaratmasına imkan vermədilər. Düzdür, bizim də hücumda çox şanslarımız olmadı. Amma nəzərə alaq ki, bu, yeni ildə ilk oyunumuz idi. “Atletiko”ya uduzmayan və onların Çempionlar Liqasında pley-ofa çıxmasına icazə verməyən komandaya qarşı oynamaq xoş oldu”.
Kaleşin matçın 40-cı dəqiqəsində hakimin yanlış təyin etdiyi penaltini bilərəkdən kənara vuran “Qarabağ”ın hücumçusu Mahir Mədətovun hərəkətinə də münasibət bildirib: “Belə hallarla tez-tez qarşılaşmırıq. Bu, “Qarabağ”ın səviyyəsindən, futbol anlayışından, qaydaları yaxşı bilməsindən və rəqibə hörmət etməsindən xəbər verir. Özünüz də gördünüz, bütün stadion, hətta bizim məşqçilər korpusu da onların bu hərəkətini alqışladı”.
Qeyd edək ki, “Qarabağ” – “Kuban” oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda