"Keşlə"nin yeni transferi Məqsəd İsayev Qol.az saytına müsahibə verib. "Neftçi"dən ayrılmasının səbəblərini açıqlayan gənc müdafiəçi başqa məqamlardan da söz açıb.
- Başlayaq "Neftçi"dən. Bu komandadan niyə ayrıldın?
- "Neftçi"dən ayrılmağımın əsas səbəbi oynamamağım idi. Ehtiyatda qalırdım, bu isə məni narahat edirdi. Çünki biri var, oynayıb pul qazanasan, biri də var ki, ehtiyatda oturmaqla. Buna görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, onlar da anlayışla qarşıladılar. Yəni, "Neftçi"dən heç bir küskünlüyüm, incikliyim yoxdur.
- "Neftçi" sənin mövqeyinə İlkin Qırtımovu transfer etdi. Bu isə həm azarkeşlər arasında, həm də futbol ictimaiyyətində birmənalı qarşılanmadı...
- Hərənin öz yeri var. İlkin də yerli futbolçudur. Nə mən ondan zəifəm, nə də o məndən. Hərənin öz oyun üslubu var. İlkinə "Neftçi"də uğurlar arzu edirəm.
- Bildiyimə görə, başqa təkliflərin də var idi...
- Hə, bir neçə variantım var idi. Amma mən götür-qoy etdikdən sonra "Keşlə"yə keçməyə qərar verdim.
- Maraqlıdır, niyə digər variantları yox, autsayderlər qrupunda qərarlaşan "Keşlə"ni seçdin?
- Özüm üçün bütün variantları dəyərləndirdim. Gördüm ki, ən uyğun komanda "Keşlə"dir. Bu komandanın oyun sxemi elədir ki, həm müdafiədə, həm də yarımmüdafiədə rahatlıqla oynaya bilərəm. Özümü yaxşı tərəfdən göstərə bilmək üçün "Keşlə" ən ideal variant idi. Həm də bu komandanın Avroliqaya çıxmaq şansı var. Bütün bunları nəzərə alıb, "Keşlə"yə keçdim.
- Dünən "Neftçi" ilə yoxlama oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yeni komandana qələbə qazandırdın...
- Hə, oyunum yaxşı alındı. Həm qol vurdum, həm də qol ötürməsi etdim. Bir tərəfdən üzüldüm ki, keçmiş komandama qol vurdum. Digər tərəfdən isə sevindim ki, yeni klubumda ilk oyunda özümü yaxşı tərəfdən göstərə bildim. Həm də sübut etdim ki, oynamağa layiqəm. Adətən sabiq komandana qarşı bir qədər istəkli oynayırsan. Amma yenə deyirəm, "Neftçi"dən heç bir incikliyim yoxdur.
- "Keşlə"də yeni baş məşqçinin rəhbərliyi altında oynayacaqsan. Azərbaycana yad mütəxəssisdir. Ukraynalı məşqçi haqda hansı fikirdəsən?
- Yaxşı məşqçidir, futbolçulara nəyisə asanlıqla başa sala bilir. Yaxşı futbolçu və məşqçi karyerası olub. "Keşlə"yə komandanı hazırkı vəziyyətdən çıxarmaq və Avroliqaya vəsiqə qazandırmaq üçün gəlib. Əvvəlcə yaxşı komanda formalaşdırmaq istəyir. Məncə, bizdə hər şey alınacaq.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı