“Zirə”nin “Qarabağ”dan icarəyə götürdüyü Elşən Abdullayev Qol.saytına müsahibə verib.
- “Neftçi”dən “Qarabağ”a böyük ümidlərlə transfer olunmuşdun. Amma səndən gözlənilən “partlayış”ı edə bilmədin. Səbəbi nədə görürsən?
- “Qarabağ”a keçəndən sonra, demək olar ki, bir il oynamadım. Uzun müddət zədəli oldum. Sağalandan sonra isə yenə zədələndim. Ümumiyyətlə, zədələr mənə çox zərbə vurdu, məni geriyə saldı. Düşünürəm ki, əsas səbəb budur.
- Formadan düşməyinə ehtiyatda oturmağının da təsiri oldumu?
- Əlbəttə, o da var. Çünki futbolçu az oynayanda təcrübə baxımından əziyyət çəkir. Ona daha çətin olur. Biri var hər oyunda meydana çıxasan, biri də var ki, çox vaxt ehtiyatda oturasan. Amma mən bunu daha çox zədə ilə əlaqələndirərdim.
- “Zirə”yə keçməzdən öncə başqa təkliflərin də var idi?
- Hə, bir də “Səbail” variantı var idi.
- Sən isə “Zirə”ni seçdin.
- “Zirə”yə üstünlük verdim, çünki bu komandanın hədəfləri daha böyükdür. Ən əsası da Avroliqaya düşmək uğrunda mübarizə aparırlar. Bu amil seçimimə təsir etdi. Digər tərəfdən, arzum milli komandada oynamaqdır. “Zirə”yə keçidimin bir səbəbi də budur. Komandaya yeni gəlmişəm. Əlimdən gələni edib, milliyə düşməyə çalışacam. Hər şey özümdən asılıdır.
- Qərar verəndə Qurban Qurbanovla məsləhətləşdin?
- Əlbəttə. Hər bir işi görməzdən əvvəl baş məşqçi ilə məsləhətləşirəm. O da dedi ki, oyun təcrübəsi qazanmaq üçün icarəyə getməyin daha məqsədəuyğundur. Konkret olaraq, mənə “get” demədi. Sadəcə, oynamağım üçün bu variantın daha məqsədəuyğun olduğunu söylədi. Yayda yenidən “Qarabağ”a qayıdacam.
- “Zirə”də asanlıqla əsas heyətə düşəcəyini gözləyirsən? Nəzərə alaq ki, bu komandada rəqabət zəif deyil....
- Ümumiyyətlə, Premyer Liqanın istənilən komandasında rəqabət var. Açığı, “Zirə”yə keçməyimin əsas məqsədlərindən biri də rəqabətin yüksək olmasıdır. Çünki futbolçu belə şəraitdə daha da inkişaf edir. Çalışacam ki, daim əsas heyətə düşüm və özümü ən yaxşı tərəfdən göstərim.
Elnur SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı