Reynaldo Slovakiya klubunda

Reynaldo Slovakiya klubunda
GÜNDƏM 5 Yanvar 2018 / 14:51 6422
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Slovakiyada davam etdirəcək.

Qol.az-ın bu ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı hücumçu yüksək liqada mübarizə aparan Trnava "Spartak"ında baxışdadır.

"Spartak" Reynaldo ilə yanaşı "Hannover"dən 21 yaşlı kosovolu yarımmüdafiəçi Valmir Süleymanini də heyətinə cəlb edib.

Baxışdan keçəcəyi təqdirdə hər iki futbolçu ilə müqavilə imzalanacaq. Komandanın baş məşqçisi Nestor El Maestro Reynaldonun çox güclü, texnikalı futbolçu olduğunu qeyd edib. O bildirib ki, braziliyalı fovard hazırda formada olmasa da, bu problemi aradan qaldırmaq mümkündür.

Qeyd edək ki, 2013-2016-cı illərdə “Qarabağ"da çıxış edən Reynaldo Ağdam klubunda 3 dəfə çempionluq, iki dəfə isə kubok sevinci yaşayıb. Vurduğu qollarla "Qarabağ"ın uğurlarında böyük pay sahibi olan "sambaçı" ötən ilin yanvarında Türkiyənin “Adanaspor” klubuna keçib və uğursız çıxışına görə sentyabrda komandadan göndərilib.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu