Hallideyi göndərdilər - "Qəbələ" rəsmən açıqladı

Hallideyi göndərdilər - "Qəbələ" rəsmən açıqladı
GÜNDƏM 4 Yanvar 2018 / 21:36 3269
-  A +

“Qəbələ” futbolçusu Endi Hallideylə yollarını ayırıb.
 
Qol.az-ın klub saytına istinadən məlumatına görə, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

2017-ci yayından “qırmızı-qaralar”ın heyətində çıxış edən legioner 2017-2018-ci illər mövsümünün ilk yarısında “Qəbələ”nin şərəfini qoruyub.

Qeyd edək ki, Endi “Qəbələ” formasında çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu