“Giresunspor” maraqlı variantdır” – Kirill Petrov

“Giresunspor” maraqlı variantdır” – Kirill Petrov
GÜNDƏM 4 Yanvar 2018 / 11:40 2971
-  A +

“Mənim “Neftçi” ilə müqaviləm yaya qədərdir. “Giresunspor” məsələsini isə menecerim Aleksandr Pankovdan soruşmaq lazımdır. O, bu barədə daha çox məlumata malikdir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Kirill Petrov deyib. Ölkəsinin “Footboom.com” saytına danışan ukraynalı futbolçu Türkiyənin 1-ci liqa təmsilçisi “Giresunspor”dan təklif aldığını təsdiqləyib:

“İndiki məqamda mən “Neftçi”nin üzvüyəm və bu komanda ilə təlim-məşq toplanışına gedəcəm. Baxaq görək, sonra nə olacaq. “Giresunspor” variantı, əlbəttə ki, maraqlıdır. Digər klubların səninlə maraqlanması həmişə xoş təsir bağışlayır. Türkiyə çempionatı kifayət qədər güclüdür. “Giresunspor” 1-ci liqada çıxış etsə də, komandanın qarşısında yüksək hədəflər dayanır”.

Qeyd edək ki, Petrov “Neftçi”də 27 oyun keçirib və 1 qol vurub.

Daha çox


Son xəbərlər